Elmira Emin qızı Zamanova — Fəlsəfə elmləri doktoru. Tərcüməçi-jurnalist Emin Sadıxovun qızı.[mənbə göstərin]
Elmira Zamanova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı |
Atası | Emin Sadıxov |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
İş yeri | AMEA-nın Fəlsəfə İnstitutu |
Üzvlüyü |
Elmira Zamanova 9 aprel 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.[1]
Elmira Zamanova 1958-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) kiçik elmi işçi vəzifəsində çalışmışdır.1965-ci ildə namizədlik dissertasiyasını(estetika üzrə) müdafiə etmişdir. Alim 1967-1990 illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1990-cı ildən etibarən isə Fəlsəfə və Hüquq İnstitutunda aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.[2] Hal-hazırda baş elmi işçi vəzifəsində çalışır.
Elmira Zamanova 2016-cı il noyabrın 9-da Bakıda vəfat etmişdir.
Elmira Zamanova ilk dəfə XIX-XX əsrlərdə Türkiyədə fəlsəfi-estetik fikrin inkişafı, əsas problem və təmaüllərini tədqiq etmişdir. Alim əsərlərində əsas diqqətini XX əsr türk estetik fikrinin inkişafını səciyyələndirən problemlərə yönəltmiş və bu mövzuda bir çox türk filosoflarının fikir və düşüncələrini təhlil etmişdir. O, ilk dəfə olaraq XX əsr türk estetik fikrində mövcud olan türk-islam sənətinin nəzəri-fəlsəfi konsepsiyasını araşdırmış, türk filosoflarının və sənət nəzəriyyəçilərinin bu mövzuda fikirlərini şərh etmiş, dəyərləndirmişdir.
Elmira Zamanova eyni zamanda Qərb yönlü türk filosoflarının estetik konsepsiyalarını tədqiq və təhlil etmişdir. O, görkəmli türk filosofu İsmail Tunalının ontoloji fəlsəfi-estetik konsepsiyasına xüsusi əsər həsr etmişdir. Alim həmçinin İsmail Tunalının "Fəlsəfə" kitabını Azərbaycan və rus dillərinə tərcümə edərək çap etdirmişdir.
Elmira Zamanovanın araşdırdığı digər problem Azərbaycanda estetik fikrin inkişafı tarixidir. Bu mövzuda alimin iki monoqrafiyası çapdan çıxmışdır: "XX əsr Azərbaycan romantizminin estetikası" (2007) və "XIX-XX əsrin əvvəllərində Azərbaycanda estetik fikir" (2011).
1960-62-ci illərdə M.F.Axundov adına APDİ-nin fəlsəfə kafedrasında müəllim, 1964-1967 illərdə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun fəlsəfə kafedrasında baş müəllim işləmişdir.