Elnur Əliyev (dövlət xadimi)

Elnur Əliyev (1979, Bakı) — Mədəniyyət nazirinin birinci müavini (2021–2022)[1]. İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi.[2] Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri.

Elnur Əliyev Əli Oğlu
7 sentyabr 2021 – 3 noyabr 2022
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Təhsili
Uşağı 3 övladı var

Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009–2013-cü illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib.

Elnur Əliyev 2000–2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib.

2004–2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub.

E. Əliyev 2008–2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.

Elnur Əliyev 2017–2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı E. Əliyevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.[3] O, bu vəzifədə 2021-ci ilə qədər çalışıb

2020-ci ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədridir.

Mədəniyyət nazirinin birinci müavini (07.09.2021–03.11.2022)[1][4].

İngilis, rus, fransız dillərində danışır.

Evlidir, üç övladı var.

  1. 1 2 "E.Ə.Əliyevin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
  2. "İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-11.
  3. Mədəniyyət Nazirliyində kadr islahatları [ölü keçid]
  4. "Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini təyin olunub". 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]