Elnur Amanov

Elnur Amanov (13 iyul 1977) — Azərbaycanı təmsil edən taekvondoçu və məşqçi.

Elnur Amanov
Şəxsi məlumatlar
Tam adı Elnur Sait oğlu Amanov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (46 yaş)
Doğum yeri
İdman növü Taekvondo

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnur Sait oğlu Amanov 1977-ci il iyulun 13-də anadan olub.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Elnur Amanov 2002-ci ildə Samsun şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.

2004-cü ildə Lillehammer şəhərində (Norveç), 2005-ci ildə isə Riqa şəhərində (Latviya) Avropa Çempionatlarının final görüşündə məğlub olan Elnur Amanov 2008-ci ildə Roma şəhərində (İtaliya) Avropa Çempionatının qalibi oldu.

Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışan Elnur Amanov 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Taekwondodata.com idman portalı. "ELNUR AMANOV". www.taekwondodata.com (ing.)). 20.08.2022. 2022-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2022.