Elnur Bayram

Elnur Bayram, Elnur Ədalət oğlu BayramovAzərbaycanlı şair, jurnalist.

Elnur Bayram
Bayramov Elnur Ədalət oğlu
Doğum tarixi (43 yaş)
Doğum yeri Ağcakənd, Kəlbəcər rayonu
Fəaliyyəti jurnalist

Həyatı[redaktə | mənbəni redaktə et]

Bayramov Elnur Ədalət oğlu (Elnur Bayram) 26 iyul 1980–ci il tarixində Kəlbəcər rayonunun Ağcakənd kəndində ziyalı ailəsində dünyaya gəlib. 2001-ci ildə Azərbaycan Aqrar Ekologiya İnstitutu adlı tədris kursunu bitirib.

2001-2002–ci illərdə təmas xəttində hərbi xidmətdə olub. Xidmətin son üç ayını Müdafiə Nazirliyinin Təlim tədris taborunda ehtiyat zabit hazırlığı kursunu keçib.

2002-ci ilin noyabr ayından pedaqoji fəaliyyətlə başlayıb. 2005-2006–cı il də Azərbaycan Müəllimlər İnstitunun psixologiya fakultəsində yenidənhazırlanma təhsili alıb.

2000-ci lidən şeirləri, 2007–ci ildən publisitik, pedaqoji psixaloji məqalələri dərc olunur. 2011-ci ildə “Vaxt olsa” adlı şeirlər kitabı çap olunub.

Hal-hazırda Bakıda psixoloq kimi fəaliyyət göstərir.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • “Vaxt olsa”, “Nurlan” nəşiryatı, 2011.