Ağcakənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağcakənd | |
---|---|
40°01′17″ şm. e. 46°11′21″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.777 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Ağcakənd kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.
Yerli əhalyə görə, kəndin adı kürd mənşəli Ağcanın adını daşıyır. Kəndin qurucularının kürd olmasına baxmayaraq onların adları türk mənşəlidir. Azərbaycanlı tarixçi Tural Həmidə görə, bunun əsas səbəbi Azərbaycan kürdlərinin yerli türklərlə sıx qaynayıb qarışması, hətta öz aralarında belə bu dildə danışmasıdır.[2] Digər bir yerli məlumata görə, Laçın rayonunun Ağcakəndində yaşayan varlı adamlar mal-qoyun saxlamaq üçün bu kəndin yerləşdiyi ərazidən binə yeri kimi istifadə edirmişlər. Bu kəndin bir nəfər varlı sakini Ağca adlanan qızını ərə verir. Həmin qız öz həyat yoldaşı ilə yaşamaq üçün bu binə yerinə gəlir və kəndin bünövrəsini qoyurlar. Mənası "ağ rəng" deməkdir.[3] Kəndin digər adı Kamyanlıdır. Kamyanlı burada məskunlaşmış nəslin adıdır. Başqa bir versiyaya görə, XIX əsrin əvvəllərində Laçın rayonunun Ağcakənd kəndindən çıxmış bir qrup ailənin burada məskunlaşması nəticəsində kəndin adı da dəyişdirilmışdir.[4]
Kəndin əsası Laçın rayonunun Ağcakənd kəndindən gələn kürdlər tərəfindən qoyulmuşdur.[5]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Ağcakənd kəndi mahalın bir hissəsi olmuşdur.[6] Kürdüstan qəzası ləğv edildikdən sonra Ağcakənd Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.[7]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[8] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[9]
Ağcakənd Kəlbəcər rayonunda, Qarasu çayının sol sahilində Qonqur silsiləsinin ətəyindədir.[4]
Kənd formalaşan zaman əhalisi etnik kürdlər olmuşdur.[5]
The towns' capture came at staggering human costs, creating 250,000 new Azerbaijani refugees. Civilians fled Kelbajar in April through high mountains still covered with snow. Refugees claimed that hundreds of people froze to death attempting to flee.