Elnur Məcidli

Elnur Məcidli (24 may 1984, Bakı) — Fransada yaşayan azərbaycanlı jurnalist, ictimai fəal və siyasətçi.

Elnur Məcidli
Doğum tarixi (40 yaş)
Doğum yeri Bakı
Təhsili
Fəaliyyəti jurnalist
emajidli.wordpress.com

Elnur Məcidli 1984-cü il mayın 24-də Bakı şəhərində, ziyalı ailəsində (anası müəllimə, atası jurnalist)[1] anadan olmuşdur.

Orta təhsilə Bakıda, Binəqədi rayonunda yerləşən 244 saylı məktəbdə başlamış, daha sonra Nəsimi rayonunda yerləşən 14 saylı məktəbdə və Sumqayıt Özəl Türk Litseyində davam etdirmiş və orta təhsilini bu litseydə başa vurmuşdur.

Strasburq Universitetinin Hüquq Fakültəsində bakalavr və magistr təhsilini almışdır.

Ailəlidir, iki övladı var.

Orta məktəb dövründə ilk dəfə müxtəlif uşaq jurnallarında şeir və yazıları işıq üzü görüb. Peşəkar jurnalist fəaliyyətinə Türkiyədə ANS TV-nin müxbiri kimi başlayıb. Lider televiziyasının, Assa-İrada və Trend informasiya agentliklərinin Avropa və Fransa üzrə müxbiri vəzifələrində işləyib. "Azərbaycan", "Ayna", "Xalq", "AzerNews" və s. qəzetlərdə müxtəlif səpkili məqalələri yayınlanıb. Medianın inkişafı ilə bağlı keçirilən müxtəlif beynəlxalq treyninq-konfransların və sertifikat proqramlarının iştirakçısı olub. Hazırda BBC, AFP, İHA, ZDF kimi beynəlxalq media orqanlarıyla əməkdaşlıq edir. Eyni zamanda Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi, Fransa Senatı, UNESCO, Avropa Parlamenti, Fransanın prezident aparatı sayılan Yelisey Sarayı kimi beylənxalq və rəsmi quruluşlarda akreditasiyalı jurnalistdir.

2006–2010-cu illərdə Fransanın CLAPEST, AEFTİ, FORMABİLİS kimi təşkilatlarda rus və türk dillərindən fransız dilinə tərcüməçi kimi işləmişdir.

2007-ci ildə Strasburqdakı Azərbaycanlı Tələbələrin Forumunu(StrasForum) təsis etmiş, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) Fransa və Strasburq üzrə baş koordinatoru olmuşdur.

2007-ci ilin mart ayında Avropa Şurası tarixində ilk dəfə olaraq bir millətə mənsub tələbələrin — azərbaycanlı tələbələrin forumunun təşkilatçısı olmuşdur.

2007-ci ilin iyul ayının ilk həftəsində Elnur Məcidlinin təşkilatçılığıyla Almaniyanın Löffingen qəsəbəsində Azərbaycanın Avropadakı lobbiçiliyinə həsr olunmuş bir həftəlik yay forumu keçirilmişdir. Bu həm də Azərbaycan gənclərinin ölkə xaricində və Avropada təşkil olunun ilk yay düşərgəsi idi.

2008-ci ilin fevral ayında FASE-nin Parisdə, Fransa senatındakı forumunun təşkilatçısı olmuşdur.

2009-cu ildə Fransadakı Azərbaycanlıların Şəbəkəsini təsis etmişdir (Azerbaijanis Network in France (ANFR))və bu şəbəkənin bu gün 400-dən çox üzvü var.

2010-cu ilin may ayında Azərbaycanlı Vətəndaşların Avropa Forumunun (FACE) Avropa Şurasında keçirilən, ADR-in 82 illiyinə həsr edilmiş forumunun təşkilatçısı olmuşdur.

Türk və Azərbaycan dillərində müxtəlif janrlı şerlərin müəllifidir. Türk dilində "Kalpten Kaleme" adlı şeirlər toplusunun müəllifidir. [1]

www.gundeliyim.com və www.sozunduzu.com saytlarının yaradıcısı və ideya müəllifidir. Eyni zamanda www.emecidli.com (http://emajidli.wordpress.combaşlıq) adlı şəxsi bloqu var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2010 Parlament seçkilərində 94 saylı Bərdə kənd seçki dairəsindən müstəqil namizəd olmuşdur, namizədliyi AXCP-Müsavat bloku tərəfindən dəstəklənmişdir.

2010 Parlament seçkilərindən sonra Avropadakı azərbaycanlı siyasi mühacirləri, demokratik-müxalif qüvvələri bir araya gətirmək üçün Avropalı Azərbaycanlılar Demokratiya Uğrunda (EUROAD) təşkilatını təsis edib [2] Arxivləşdirilib 2010-12-29 at the Wayback Machine

Facebook saytında 11 Mart — Böyük Xalq Günü kampaniyasının yaradıcısıdır.

Eyni zamanda 2 Aprel — Böyük Qəzəb Günü aksiyasının təşkilatçısı, 8 Aprel — Böyük Cümə Günü etiraz səhifəsinin yaradıcısıdır.

Facebookda yaratdığı səhifələrə və bloqundakı yazılara görə Azərbaycan Respiblikası Prokurorluğuna bağlı Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən haqqında Cinayət məcəlləsinin 281-ci maddəsiylə cinayət işi açılıb.

2011-ci il Aprel ayında Azərbaycan hakimiyyəti tərəfindən İnterpol axtarışına verilib.

2011-ci il İyun ayının 2-də Elnur Məcidli barəsində başlanmış cinayət işinin icraatı dayandırılıb. [3] [ölü keçid]

2004-cü ildən etibarən Fransada yaşayır. Azərbaycan dilindən əlavə, fransız, ingilis, rus, türk və ərəb dillərini bilir.

  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-05.

[4] Arxivləşdirilib 2010-12-29 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]