Elnur Rüstəmov (baş gizir)

Elnur Faid oğlu Rüstəmov (5 noyabr 1989; Xaçmaz rayonu, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi veteranı.[1]

Elnur Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Əbilyataq, Xaçmaz, Azərbaycan SSR
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Əbilyataq, Xaçmaz, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri —2022
Rütbə Baş gizir
Döyüşlər Vətən müharibəsi
 • Murovdağ döyüşləri
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Cəsur döyüşçü" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020
"Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnur Rüstəmov 1989-cu il noyabrın 5-də Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Elnur Rüstəmov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, CəbrayılXocavənd istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Elnur Rüstəmov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.