"Kəlbəcərin azad olunmasına görə" medalı — İkinci Qarabağ müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycanın dövlət təltifi.[1][2][3]
"Kəlbəcərin azad olunmasına görə" | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | döyüş medalı[d], medal |
Kimə verilir | |
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına |
|
Status | təqdim olunur |
Statistika | |
Parametrlər | 95 mm x 40 mm |
Təsis tarixi | 26 noyabr 2020 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 9458 nəfər |
Ardıcıllıq | |
Yüksək mükafat | "Şuşanın azad olunmasına görə" medalı |
Aşağı mükafat | "Ağdamın azad olunmasına görə" medalı |
Vikianbarda əlaqəli mediafayllar |
"Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
"Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti təltif edir.
"Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Şuşanın azad olunmasına görə" medalından sonra taxılır.
"Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.