Elsevər Bağırov

Elsevər Bağırov — "Uşu Sanda" əlbəyaxa döyüş növü üzrə dünya çempionu (2008).

Elsevər Bağırov
Elsevər Cəlal oğlu Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi (47 yaş)
Doğum yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Elsevər Cəlal oğlu Bağırov 1976-cı il sentyabrın 3-də Laçın rayonunda anadan olub. Şotokan idman növü ilə 16 yaşında məşğul olmağa başlayıb. 18 yaşında ölkə yarışlarında iştirak etməyə başlayıb.

1994-cü ildə Xüsusi Təyinatlı Taborda 3 il 3 ay hərbi xidmətdə olub. Həmin hərbi hissədə şəxsi heyətə əlbəyaxa döyüş üzrə təlimlər keçibdir.

1998-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. Respublikada və beynəlxalq yarışlarda iştirak edibdi. Ən böyük nəaliyyəti 2008-ci ildə İtaliyanın Perugiya şəhərində keçirilən "Uşu Sanda" əlbəyaxa döyüş növü ilə keçirilən dünya çempionatında ağır çəkidə dünya şempionu olmuşdur. Hal-hazırda "Uşu Sanda" və "Ciu Citsu" əlbəyaxa döyüş növləri üzrə məşqçidir. Tələbələri arasında Dünya və Avropa çempionları var

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]