Elsevər Məmmədov

Elsevər Məmmədov — Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti[1].

Elsevər Məmmədov
Doğum tarixi (48 yaş)
Doğum yeri Gəncə Azərbaycan Azərbaycan
Mükafatları "Tərəqqi" medalı

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Elsevər Məmmədov avqustun 24-də 1974-cü ildə Gəncə şəhərindən anadan olub. 3-cü sinifə kimi Gəncə şəhər 19 nömrəli məktəbdə oxuyub. Daha sonra ailəsi birlikdə Rusiyanın Həştərxan şəhərinə köçüb. 1992–1994-cü illərdə Azərbaycan ordusunda xidmət edib. 1993-cü ildə hərbi əməliyyat zamanı yaralanıb.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1999-cu ildən Niderland Krallığında yaşayır. 2000-ci ildən diaspor fəaliyyəti ilə məşğuldur. 2005-ci ilde Azərbaycan-Niderland Həmrəylik Cəmiyyətini təsis edib. 2006-cı ilde Beniluks Azərbaycanlıları Konqresinin təsisçilərindən biri olub. Hal-hazırda Beniluks Azərbaycanlıları Konqresinin sədridir. 2 iyun 2016-cı ildə Azərbaycan Prezidenti tərəfindən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib[2].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəldir 3 övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Elsevər Məmmədov[ölü keçid]
  2. "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.