Elsuort dağları[1] (ing. Ellsworth Mountains) — Antarktidada yerləşən ən hündür dağ sistemidir. Tərkibinə Sentinel və Heritic silsilələri daxildir. Antarktidanın ən hündür zirvəsi olan Vinson massivi Sentinel dağları silsiləsində yerləşir.
Kuin-Mod dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4892 m |
Uzunluğu | 401 km |
Eni | 223 km |
Sahəsi | 31 354 km² |
Hündür nöqtəsi | Vinson massivi |
Yerləşməsi | |
78°45′ c. e. 85°00′ q. u.HGYO | |
Ölkə | Antarktida |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Elsuort dağları 401 km uzunluğa və 223 km enə malikdir. Gilli suxurlardan ibarətdir. Silsilə ərazisində zəngin daş kömür ehtiyatları vardır.
Dağ sistemi 1935-ci ildə ABŞ araşdırmaçısı Linkoln Elsuort tərəfindən kəşf edilmiş və bir müddət sonra onun şərəfinə adlandırılmışdır. 1958—1966 illərdə ABŞ geologiya xidməti tərəfindən tətqiq edilmişdir.