Elvin Həsən (10 aprel 1985, İştip[d]) — Makedoniyanın türk əsilli dövlət xadimi, keçmiş Makedoniya Dövlət İmtahan Mərkəzinin müdir müavini, Makedoniyanın hal-hazırkı xarici sərmayə ilə iş üzrə naziri.[1][2]
Elvin Həsən | |
---|---|
3 avqust 2017 – 26 dekabr 2018 | |
Vəzifədədir | |
26 dekabr 2018-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 aprel 1985 (39 yaş) |
Doğum yeri |
|
Təhsili | Qotse Delçev Universiteti (bakalavr) Az. Kiril ve Metodologiya Universiteti (magistr və doktorantura) |
Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi |
Elvin Həsən 1985-ci ildə Makedoniyanın İştip şəhərində türk əsilli ailədə anadan olmuşdur.
2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra Radoviş şəhərinə bağlı Əliqoç-Qoçəli kəndində müəllim olaraq 10 il çalışmışdır.
2007-ci ildə Qotse Delçev Universitetinin Metodologiya fakültəsinin Məktəb müəllimliyi bölməsindən məzun olmuşdur. Magistr və doktorantura təhsilini Az. Kiril ve Metodologiya Universitetinin Pedoqoji İnistitutunda almışdır.
2011-ci ildə qoşulduğu Üfüq dərnəyində bir sıra vəzifələrdə çalışmışdır. 2016–2018-ci illərdə həmin dərnəyin rəhbərliyini etmişdir.
Makedoniyanın Türk Hərəkat Partiyası katibinin müavini olmaqla yanaşı, həmin partiyanın III bölgə kordinatorluğunu, partiyanın təhsil komissiyası rəhbərliyini və THP Radoviş təşkilatının rəhbəri vəzfivələrində olmuşdur.[3]
3 avqust 2017-ci ildə Makedoniyanın Dövlət İmtahan Mərkəzinin müdir müavini vəzifəsinə təyin edilmişdir.
Özündən əvvəlki nazir Adnan Kahılın vəzifəsindən azad edilməsindən sonra Türk Hərəkat Partiyasının təklifi ilə həmin vəzifəyə Elvin Həsən namizəd göstərilmişdi. Makedoniya parlamentində keçirilən səsvermə zamanı 64 lehinə, 6 əleyhinə və 1 bitərəf səslə Xarici Sərmayə ilə İş üzrə nazir seçilmişdir.[4]