Elvin Çingiz oğlu Həsənov[1][2][3] (d. 24 aprel 1994; Sumqayıt, Azərbaycan — ö. 16 mart 2014; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cı ildə erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olumuşdur. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.
Elvin Həsənov | |
---|---|
Elvin Çingiz oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Təltifləri |
Həsənov Elvin 1994-cı ilin 24 aprel tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 34 saylı tam orta məktəbi bitirən Elvin Həsənov hərbi xidmətə getmişdir.
Əsgər Elvin Həsənov 2014-cı ilin mart ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur. Martın 18-i isə Elvin Həsənov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınmışdır. Dəfn mərasiminə yüzlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər, zabitləri və Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbanidə qatılmışdır. Dəfn mərasiminin sonunda yaylım atəşi açılmış və əsgər Həsənov uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.
Elvin Həsənov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.