Elvis Presley (albom)

Elvis Presley (Birləşmiş Krallıqda Elvis Presley Rock n' Roll adı altında çıxarılmışdır) amerikalı müğənni Elvis Preslinin ilk studiya albomudur. Albom 1956-cı ilin martında RCA Victor studiyası tərəfindən, monofon səs ilə, LPM 1254 kataloq nömrəsi ilə çıxarılmışdır. Səsyazma sessiyası yanvarın 10-11-i Neşvill, Tenessi'də RCA Victor səsyazma studiyasında, yanvarın 30 və 31-i isə həmin studiyanın Nyu-Yorkdakı ofisində baş tutmuşdur. Qalan işlər isə Memfisin Sun studiyasında görülmüşdür[1]

Elvis Presley
Növü studiya albomu
Yayımlanma tarixi 23 mart 1956 (1956-03-23)
Yazılma tarixi İyul – Yanvar 1956
Janr Rok-n-roll
Rokabilli
R&B
kantri
Müddət 28:03
Dil ingilis dili
Leybl RCA Victor
Prodüser Sem Filips (Sun) Stiv Şols (RCA)
Elvis Preslinin albomlarının xronologiyası
"Elvis Presley"
(1956)
"Elvis"
(1956)

Albom 1956-cı ildə 10 həftə Bilboard 200'də zirvədə qalmış və bu uğura imza atan ilk rok-n-roll albomu olmuşdur. Eyni zamanda, bu janrda 1 milyon nüsxə satılan ilk albom olmuşdur . 2003-cü ildə albom Rolling Stones dərgisinin tarixin 500 ən yaxşı albomu siyahısında 56-cı yerdə qərarlaşmışdır[2] . Elvis Presley həmçinin musiqiçinin Ölmədən öncə dinlənilməsi gərəkli 1001 albom kitabına da daxil edilən üç albomundan biridir ki, digər albomlar Elvis is Back! From Elvis in Memphis'dir[3]. Albom Amerika Səsyazma Sənayesi Birliyi tərəfindən 1 Noyabr 1966-cı ildə qızıl və 8 Avqust 2011-ci ildə platin seritifkatlarına layiq görülmüşdür[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Keith Flynn's Elvis Presley Pages". RIAA. 2013. July 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 17, 2013.
  2. "Rolling Stone | News". 2009-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-28.
  3. "1001 Albums You Must Hear Before You Die". RIAA. May 10, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 17, 2013.
  4. "Searchable datebase". RIAA. 2013. January 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 17, 2013.