Elxan Paşa oğlu İbrahimov (30 iyul 1969, Bakı) Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ Müharibəsinin iştirakçısı.
Elxan İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 iyul 1969 (55 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Hərbi xidmət | |
Mənsubiyyəti | general-mayor |
Rütbəsi |
General-mayor |
|
|
Təltifləri |
|
1976–1986-cı illərdə Bakı şəhəri 167 nömrəli orta məktəbə təhsil alıb və məktəbi fərqlənmə ilə (medalla) bitirib.
1986-cı ildə "N. Nərimanov" adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1992-ci ildə həmin İnstitutu müalicə işi ixtisası üzrə bitirib.
Ailəlidir, 3 övladı var.
Elxan İbrahimova 15.11.2000-ci ildə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə o, 16.09.2003-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı Poliklinikasında xidmətə başlayıb.
2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarının Baş İdarəsinin Hərbi-həkim Komissiyasının sədri, 06.12.2013-cü il tarixdən 12.03.2020-ci il tarixədək Tibb Baş İdarəsi rəisinin müavini – Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi (komissiyanın sədri), 12.03.2020-ci il tarixdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini vəzifələrində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 09.04.2021-ci il tarixli 2568 nömrəli Sərəncamı ilə "tibb xidməti general-mayoru" ali hərbi rütbəsi verilmişdir.[1]
10.06.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək İkinci Qarabağ Müharibəsində Tibb Baş İdarəsinin rəisi kimi xəstə və yaralıların vaxtında təxliyəsi və ilkin tibbi yardımın təşkilində Ordunun tibb xidmətinə rəhbərlik edib.
AZƏRTAC İnformasiya Agentliyinin 06.01.2021-ci ilı tarixli verilişində Tibb Xidməti rəisi vəzifəsini icra edən Elxan İbrahimov hərbi şəraitdə tibb xidmətinin təşkili barədə ictimaiyətə geniş məlumat vermiş, eyni zamanda hərbi reabilitasiya mərkəzinin işini işıqlandırmışdır.[2]
Ona 15.08.2022-ci il tarixdə "Azərbaycan Respublikasının Müharibə veteranı" adı verilmiş, müvafiq vəsiqə təqdim edilmişdir.