Elxan Məmmədov (rəsmi şəxs)

Elxan Məmmədov (18 iyun 1979, Bakı) — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi (2007–2022), UEFA Avropa Liqası Finalı-nın[1] 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici, 2020-ci ildə UEFA Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi üzrə Yerli Təşkilat Komitəsinin sədr müavini, FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvü, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti, 29 may, 2019-cu ildən isə həmin komitənin sədridir.[2]

Elxan Məmmədov
Elxan Səlhab oğlu Məmmədov
Doğum tarixi (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı 3
Atası Səlhab Məmmədov
Milliyyəti azərbaycanlı
İxtisası Futbolun idarəedilməsi
Təhsili Amerika InterContinental Universiteti
Fəaliyyəti futbol
www.affa.az

Elxan Məmmədov 18 iyun, 1979-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur.

1999-cu ildə Amerika InterContinental Universitetində (London, Böyük Britaniya) Biznesin İdarəedilməsi və Korporativ İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

2011-ci ildə Liverpul Universiteti tərəfindən təşkil edilən Futbol Klubları və Assosiasiyaların İdarəçiliyi üzrə Təlimdə iştirak etmişdir. O, həmçinin 2012-ci ildə Salford Universitetində (Mançester, Böyük Britaniya) İdarəetmə Planlaşdırması ixtisası üzrə aspirantura təhsilini başa vurmuşdur.[2]

2016-cı ildə Parisdə Sciences Po İnstitutunun əməkdaşlığı ilə təşkil edilən Avropa İdman İdarəetmə (European Sport Governance (MESGO)) proqramını bitirmişdir.[3]

İş təcrübəsi

[redaktə | mənbəni redaktə et]

1996–1997-ci illərdə Baku Investment Ltd-də maddi-texniki əməliyyatlar üzrə nəzarətçi köməkçisi işləmişdir. American InterContinental Universitetini bitirdikdən sonra 2000–2008-ci illərdə Natavan Biznes Mərkəzində direktor müavini, Natavan şirkətinin və Baku Investment Ltd-nin icraçı direktoru vəzifələrində işləmişdir.[4]

Elxan Məmmədov 2007–2022-ci illərdə AFFA-nın baş katibi çalışmışdır

Hazırda E. Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti (2008-ci ildən) və FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvüdür. O, 2009–2012-ci illər ərzində UEFA nümayəndəsi kimi də fəaliyyət göstərmişdir.

E. Məmmədov beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi üzrə müxtəlif komitələrin üzvü və sədri olmuşdur.[5] və 2016-cı ildə təşkil olunmuş 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri olmuş, AVRO-2020-nin oyunlarının Bakı şəhərində keçirilməsi üçün namizədliyin irəli sürülməsi və prosedur işlərin həyata keçirilməsi prosesinə rəhbərlik etmişdir (2014-cü ilin sentyabr ayında UEFA tərəfindən AVRO-2020-nin üç qrup mərhələsi və bir dörddəbir final oyununa Bakı şəhərinin ev sahibliyi etmək hüququnun verildiyi elan olunmuşdur).[2][6]

AFFA-nın baş katibi vəzifəsinə təyin olunandan sonra E. Məmmədov assosiasiyanın strukturunda islahatlar həyata keçirmək təşəbbüsü irəli sürmüş və bunun nəticəsində Qeydiyyat və Statistika, Qadın Liqaları, İnformasiya Texnologiyaları, digər yeni şöbələr yaradılmış və AFFA-nın strategiyasının üç prioriteti müəyyən edilmişdir: Təhsil, İnfrastruktur və Kütləvilik.[7]

2013-cü ildə AFFA qadın və qızlar futbolunun inkişafı və təbliğinə verdiyi töhfəyə görə Beynəlxalq Olimpiya Komitəsinin Qadın və İdman Nailiyyətləri diplomu ilə təltif olunub.[8]

2014-cü ildə AFFA tərəfdaşı Bakcell-lə bərabər Mançester Yunayted Futbol klubu ilə əməkdaşlığa başlayıb. Gənc futbolçular dünyanın aparıcı futbol klublarından birinin məşqçiləri ilə məşq etmək imkanı qazanıblar.[9]

E. Məmmədov 2016-cı ilin yazında AFFA-nın İcraiyyə Komitəsi tərəfindən ardıcıl üçüncü dəfə baş katib təyin edilib.[10] 2016-cı ilin sentyabr ayında 2020/21 futbol mövsümü ilinə qədər AFFA-nın prioritetlərini müəyyənləşdirən yeni inkişaf strategiyası"GROW 2020" qəbul edilib.[11] 2016-cı ilin oktyabrın 4-də Elxan Məmmədov Londonda "Leaders Under 40 Awards" illik mükafatının idman sahəsində "Liderlik" kateqoriyası üzrə mükafata layiq görülüb.[12]

2017-ci il fevralın 9-da Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. O, 8 vakant yerə Milli Assosiasiyalar tərəfindən irəli sürülmüş 13 namizəddən biridir. Onun namizədlik broşürünü təqdim etdiyi seçkilər aprelin əvvəlində, UEFA-nın 41-ci növbəti Konqresində keçirilib.[13]

18 dekabr, 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elxan Məmmədova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu təqdim etdi.[14]

Doğma Azərbaycan dilindən əlavə, ingilis, rus və türk dillərini mükəmməl bilir.

Ailəlidir, üç övladı var.

  1. "Arxivlənmiş surət". Archived from the original on 2019-10-29. İstifadə tarixi: 2019-10-29.
  2. 1 2 3 "BACK OF THE NET". www.thebusinessyear.com. İstifadə tarixi: 6 yanvar 2018.[ölü keçid]
  3. "Arxivlənmiş surət". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  4. "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  5. "Azərbaycanda 2012-ci ildə keçirilmiş FIFA 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatı". 2016-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  6. "Arxivlənmiş surət". 2018-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  7. "Arxivlənmiş surət". 2016-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  8. "Arxivlənmiş surət". 2017-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  9. "Arxivlənmiş surət". 2016-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  10. "Arxivlənmiş surət". 2016-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  11. "Arxivlənmiş surət". 2016-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  12. "Arxivlənmiş surət". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  13. "Arxivlənmiş surət". 2017-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
  14. "Arxivlənmiş surət". 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.