Elxanilər sikkələri

Elxani sikkələri- 12561353-cü illərdə mövcud olmuş Çingiz xanın nəvəsi Hülakü xan (1256-1265) tərəfindən yaradılmış dövlətə məxsus pullar.



Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Elxanilər dövlətinin dövrünə aid dirhəmlər Elxani (və ya Hülakülər) xanları (1256 - 1358) dövrünə aid Azərbaycan zərbxanaları, uyğun dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir.

Səciyyəvi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Üst tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimə müvafiq zərb ili, arxa tərəfində Elxani xanlarının titulları və adları həkk edilmiş belə gümüş dirhəmlər Təbriz, Tus, Həmədan, Marağa, Bərdə, Şirvan, Əlincə, Naxçıvan və d. zərbxanaların fəaliyyətini təsdiq edir.

Abaqa xanın sikkəsi

Şəkil 1. Elxanilər. Abaqa (1265 - 1282), Təbriz, 678 = 1279/1280,2,5 q(üst tərəfində - 3 sətirdə “tovhid”, kənarında zərbxana və zərb ili, arxa tərəfində - 5 sətirdə uyğurca xanın titulları və adı həkk edilib).[1]

Əhməd Tekudarın sikkəsi

Şəkil 2.Elxanilər. Əhməd Tekudar (1282-1284), Təbriz, 682 =1283/1284, 2,5 q(üst tərəfində mərkəzdə - 3 sətirdə “tovhid” kənarlarda zərb tarixi və zərb ili,arxa tərəfində 3 ədəd altıguşəli ulduzlar, aşağıdakı 4 sətirdə uyğurca xanın titulları,5-ci sətirdə ərəbcə: “Əhməd”).[2]

Ulcaytu xanın sikkəsi

Şəkil 3.Elxanilər. Ulcaytu (1304-1317), Təbriz, 714 =1314/1315,3,9 q(üst tərəfində mərkəzdə: 6 sətirdə ərəb dilində - xan titulları və adı həkk edilib), ətrafında zərbxana, zərb ili; arxa tərəfində mərkəzdə: “tovhid”, “Muhəmmədən rəsulullah” sözlərindən aşağıda “Əliyyən vəliyullah”, 6-cı sətirdə -Təbriz; ətrafında: 12 imamın adları.[3]

Münke xaqanın sikkələri

  1. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu İnventar NF 19987
  2. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu İnventar NF 6014
  3. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu İnventar NF 19548