Elxani sikkələri- 1256–1353-cü illərdə mövcud olmuş Çingiz xanın nəvəsi Hülakü xan (1256-1265) tərəfindən yaradılmış dövlətə məxsus pullar.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Elxanilər dövlətinin dövrünə aid dirhəmlər Elxani (və ya Hülakülər) xanları (1256 - 1358) dövrünə aid Azərbaycan zərbxanaları, uyğun dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir.
Üst tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimə müvafiq zərb ili, arxa tərəfində Elxani xanlarının titulları və adları həkk edilmiş belə gümüş dirhəmlər Təbriz, Tus, Həmədan, Marağa, Bərdə, Şirvan, Əlincə, Naxçıvan və d. zərbxanaların fəaliyyətini təsdiq edir.
Abaqa xanın sikkəsi
Şəkil 1. Elxanilər. Abaqa (1265 - 1282), Təbriz, 678 = 1279/1280,2,5 q(üst tərəfində - 3 sətirdə “tovhid”, kənarında zərbxana və zərb ili, arxa tərəfində - 5 sətirdə uyğurca xanın titulları və adı həkk edilib).[1]
Əhməd Tekudarın sikkəsi
Şəkil 2.Elxanilər. Əhməd Tekudar (1282-1284), Təbriz, 682 =1283/1284, 2,5 q(üst tərəfində mərkəzdə - 3 sətirdə “tovhid” kənarlarda zərb tarixi və zərb ili,arxa tərəfində 3 ədəd altıguşəli ulduzlar, aşağıdakı 4 sətirdə uyğurca xanın titulları,5-ci sətirdə ərəbcə: “Əhməd”).[2]
Ulcaytu xanın sikkəsi
Şəkil 3.Elxanilər. Ulcaytu (1304-1317), Təbriz, 714 =1314/1315,3,9 q(üst tərəfində mərkəzdə: 6 sətirdə ərəb dilində - xan titulları və adı həkk edilib), ətrafında zərbxana, zərb ili; arxa tərəfində mərkəzdə: “tovhid”, “Muhəmmədən rəsulullah” sözlərindən aşağıda “Əliyyən vəliyullah”, 6-cı sətirdə -Təbriz; ətrafında: 12 imamın adları.[3]