Elza Səmədova

Dr. Elza Səmədova Nizami qızıXəzər Universiteti Təhsil fakültəsinin dekanı.

Elza Səmədova
Elza Səmədova Nizami qızı
Doğum tarixi (47 yaş)
Doğum yeri Yevlax
Atası Nizami
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Elmi Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elza Səmədova Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekanıdır.

Elza Səmədova 1993-2004 tarixləri arasında türk ləhcələri sahəsində Türkiyənin Erciyəs və Səlcuq Universitələrində bakalavr, magistr və doktora təhsili almış və türk ləhcələrinin müqayisəli morfologiyası və semantikası istiqamətində PH.D dərəcəsinə layiq görülmüşdür.

Eyni zamanda 1993-1997 tarixləri arasında Türkiyənin Erciyəs universitəsində təhsil pedaqogikası istiqamətində bakalavr pilləsini bitirmişdir.

O, tarixi və modern türk ləhcələri üzərində tədqiqatlar aparır. Onun, tarixi türk ləhcələri müasir türk ləhcələri arasındakı paralelliklər qurduğu araşdırmaları və müqayisəli qrammatika istiqamətindəki tədqiqatları uğur qazanmışdır.

2004 – 2008 tarixləri arasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi və Türk dünyası işlətmə fakültəsinin təhsil və tələbə şöbəsinin müdiri vəzifəsində işləmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Khazar University Catalog (2009-2010)
  2. Khazar University