Emanuela Zançi

Emanuela Zançi (17 oktyabr 1977, Milan) — İtaliyanı təmsil edən su poloçusu.[1]

Emanuela Zançi
Şəxsi məlumatlar
Tam adı Emanuela Zançi
Vətəndaşlığı İtaliya İtaliya
Doğum tarixi (46 yaş)
Boyu 182 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2004—2008İtaliya İtaliya

Karyerası[redaktə | mənbəni redaktə et]

Emanuela Zançi İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.

Daha sonra Emanuela Zançi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.

İdman xidmətlərinə görə mühüm mükafatlara layiq görülüb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Emanuela Zançinin tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.