Tereza Franssinetti

Tereza Franssinetti (24 dekabr 1985, Genuya) — İtaliyanı təmsil edən su poloçusu.[1]

Tereza Franssinetti
Şəxsi məlumatlar
Tam adı Tereza Franssinetti
Vətəndaşlığı İtaliya İtaliya
Doğum tarixi (37 yaş)
Boyu 178 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2008—2016İtaliya İtaliya

Karyerası[redaktə | mənbəni redaktə et]

Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.

Daha sonra Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.

Tereza Franssinetti, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tereza Franssinettinin tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.