Emanuelle Lima (d. 3 may 1996) — Braziliyanı təmsil edən bədii gimnast. Emanuelle Lima 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lima həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb.
Emanuelle Lima | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Emanuelle Lima |
Doğum adı | Emanuelle Leal Lopes e Lima[1] |
Vətəndaşlığı | Braziliya |
Doğum tarixi | |
İdman növü | Bədii gimnastika |
Emanuelle Lima 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.