Vələmir quşları (lat. Emberizidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Vələmir quşları | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Vələmir quşları |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Xırda quşlardır. Dimdiyi konusvarı, bəzilərində küt və qabarıqdır. Dimdiyinin forması bu fəsilə üçün səciyyəvidir. Böyürlərdən basıq, kənarları dimdiküstü və dimdikaltı içəri batmışdır. Dimdiküstünün aşağı tərəfi dimdikaltının üst kənarına tamamilə deymir. Belə ki, o bucaq altina əyilmişdir. Uzunsov burun deşiklərində ensiz zarlı qapaq vardır. Şərq yarımkürəsindəki quşların quyruğunun ucunda çuxur vardır. Cinsi və yaş dimorfizmi yaxşı ifadə olunmuşdur. Yuvası fincanşəkilli açıq olub kollarda və ya yerin üstündə, bəzən yarıqlarda və ya hər hansı sığınacağın altında yerləşir. Yumurtaları bir qayda olaraq xallı, çox səciyyəvi cızıqlı və xətlidir. Bir qoyumda adətən 4-6 yumurta olur. Kürtyatma 11-14 gün çəkir. Cücələr 9-13 gündən sonra uçurlar. Dişi kürt yatır, yemləmədə isə hər iki valideyn iştirak edir. Açıq və yarımaçıq landşaftlarda məskunlaşır. 170-ə yaxın növünün əksəriyyəti Amerikada, qalanları Avrasiyada, bir neçəsi Afrikada yayılmışdır. Azərbaycanda yeganə vələmirquşu cinsinə aid olan 7 növ yaşayır. Tarla vələmirquşunun erkəyinin və dişisinin bədəninin uzunluğu uyğun olaraq 190 və 181, qanadları 100 və 92 mm, çəkisi 50-64 və 42,5 – 52 q-dır. Qalan növlərin bədəninin uzunluğu 155-190, qanadları 69–88 mm hüdudlarında, qamışlıq və bağ vələmirquşlarının çəkisi 30-31 q-dır. Vələmirquşlarının nəğməsi aydın, qısa, hündürdür. Yalnız daş vələmirquşunun nəğməsi sakit və nisbətən uzundur. Quruluşuna görə vələmirquşu nəğmələrinin 2 tipini ayırd etmək olar.[3]