Embilər (lat. Embioptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Nisbətən aznövlü həşərat dəstələrindən biridir. Əsasən tropik və subtropik ölkələrdə yaşayırlar. Azərbaycanda 1 növü məlumdur.
Embilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Dəstə: Embilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Embilər uzunsov çevik bədənli, 10–20 mm ölçülü, yumşaq örtüklü həşəratlardır. Bədəni bozumtul-qonur rəngdədir. Başı iri, sərbəstdir. Ağız orqanları gəmirici, gözləri fasetli, bığcıqları təsbehşəkilli, 15–32 buğumludur. Döşü aydın ayrılmış üç buğumdan ibarətdir. Ön bel başdan enli olmayıb kvadrat və ya uzunsov formalıdır. Erkəklərdə iki cüt pərdəli, demək olar ki, quruluşca eyni, sakit vaxtı yastı qatlanan qanad vardır. Dişilər qanadsızdır. Qarıncıq 10 buğumdan ibarət olub, qısa serkləri var. Erkəklərdə sol serk simmetrik olmayıb, dəyişilmişdir. Ayaqları qısa, 3 buğumlu, pəncəlidir. Ön ayaqları güclü şəkildə üfürülmüş birinci buğumu ilə seçilir. Onun içərisində ipək hörümçək toru və toru yağlamaq üçün maye ifraz edən vəzi vardır. Embilər adətən cəld qaçır, irəli və geri hərəkət edə bilirlər. Geriyə qaçarkən serkləri yolu tapmaq üçün "bığcıq" funksiyasını yerinə yetirir.