Emil İmanov

Emil İmanov (7 yanvar 1983, Sumqayıt) — Azərbaycan alimi, implantoloq ağız cərrahı, baş həkim, beynəlxalq stomatoloji nəşriyyat "Quintessenz"in Azərbaycan bölməsinin ("Quintessenz-az" jurnalının) baş redaktoru.[1] Azərbaycanda stomatoloji implantologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur.

Emil İmanov
Doğum tarixi 7 yanvar 1983(1983-01-07) (40 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti alim, implantoloq[d], baş redaktor

Həyatı[redaktə | mənbəni redaktə et]

Emil İmanov 7 yanvar 1983-cü ildə Sumqayıtda anadan olmuşdur. 1989-cu ildə 14 saylı orta məktəbə daxil olub və 1999-cu ildə bu məktəbi bitirdikdən sonra həmin ildə AzərbaycanTibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşdur. 2004-cü illərdə məzun olduqdan sonra 2005–2006-cı illərdə Avstriyanın tələbə mübadilə proqramı (ÖAD) ilə təqaüd qazanaraq Avstriyanın Qraz Tibb Universitetində üz-çənə cərrahiyəsi və implantologiya üzrə ixtisaslaşma keçmişdir. 2009–2011 ci illərdə FinlandiyadaAlmanyanın Freiburg, Erlangen, Ulm, Nürmberq şəhərlərinin tibb universitetlərində və özəl klinikalarında implantalogiya ixtisası üzrə qısa müddətli kurslar keçmişdir. 2012–2014 illərdə Almaniyanın İohann Volfqanq Göte adına Frankfurt Universitetində Oral İmplantologiya üzrə Master təhsili almışdır.[2]

Ailəlidir. Üç övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2006–2011-ci illərdə Sumqayıt şəhər 2 saylı xəstəxanada üz-çənə cərrahı ixtisası üzrə işləmişdir.[2] 2008–2015-ci illərdə "Estetik diş" klinikasında Cərrah stomatoloq və implantoloq vəzifəsində fəaliyyət göstərmişdir. 2008–2022-ci illərdə "İmplant Estetik Stomatoloji Mərkəz" klinikasında ağız cərrahı və implantoloq ixtisası üzrə çalışmışdır. 2015-ci ildə "İmplant Art" klinikasının baş həkimi olmuş, ağız cərrahı və stomatoloq ixtisası üzrə fəaliyyət göstərmişdir. 2020-ci ildən Pro İmplant Estetik Stomatoloji Klinikasında baş həkim, implantoloq, ağız cərrahı kimi fəaliyyət göstərir.[3]

2010-cu ildən etibarən Estetik Dişhəkimliyi Akademik Dərnəyinin sədr müavinidir.

2015–2019-cu illərdə Beynəlxalq İmplantoloqlar Cəmiyyətinin (ITI — ing. International Team for Implantology) Azərbaycan üzrə ölkə üzrə nümayəndəliyinin direktoru olmuşdur.

2016–2020-ci illərdə Azərbaycan İmplantoloqlar Birliyinin Prezidenti olmuşdur.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Səhiyyə Nazirliyi tərəfindən tədris vəsaiti olaraq təsdiqlənmiş, tibb tələbələrinin elmi-praktiki inkişafı üçün nəzərdə tutulmuş "Stomatoloji praktikada yerli anesteziya" tədris vəsaitinin həmmüəllifidir. İlk dəfə olaraq bu kitabda bütün anesteziya üsulları klinik olaraq insan üzərində animasiya şəklində göstərilmişdir. Həmin videoanimasiyalar kitab daxilindəki diskdə yer almışdır.[4]

2009-cu ildən nəşr olunan "Stomatologiya" və "Dental İmplantalogiya" elmi praktik jurnallarının təsisçisidir.[2]

2012-ci ildə nəşr olunmuş Alman müəllifi Rainhord Marxkorsun "Çıxmayan ortopedik stomatoloji restavrasiyalar" kitabının azərbaycan dilinə tərcümə redaktoru olmuşdur.

2014-cü ildən beynəlxalq stomatoloji nəşriyyat olan Quintessenz-in azərbaycan bölməsinin (Quintessenz-az jurnalının) baş redaktorudur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Qarşıma məqsəd qoyub, ona doğru irəliləməyi sevirəm" – Uğur hekayəsi". kaspi.az (az.). 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-05.
  2. 1 2 3 "Personal » Estetik Diş Klinikası". estetikdis.az. 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-05.
  3. "Haqqımızda | İmplantoloq Emil". Stomatoloq Emil İmanov (az.). 2015-08-13. 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-05.
  4. "İmplantoloq ağız cərrahı Dr. Emil İmanovun stomatoloji elmi-praktik nəşrləri (FOTO)". Trend.Az (az.). 2022-10-10. 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-05.