Emil Əsgərli

Emil Əlihüseyn oğlu Əsgərli (30 yanvar 1982; Lənkəran, Azərbaycan SSR — 15 may 2014; Beyləqan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid.

Emil Əsgərli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Azərbaycan SSR, Lənkəran rayonu
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Azərbaycan, Beyləqan rayonu
Vəfat səbəbi Şəhid olub.
Dəfn yeri Lənkəran rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əlihüseyn Əsgərli
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2003—2014
Rütbə Mayor
Vəzifəsi Tabor komandiri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Əsgərli Emil Əlihüseyn oğlu 30 yanvar 1982-ci ildə Lənkəran şəhərində anadan olub. 1988–1996-cı illərdə Şirvan şəhəri 10 saylı orta məktəbində təhsil alıb.

Xidmət illəri[redaktə | mənbəni redaktə et]

1996-ci ildə Cəmşid Naçıxanski adına hərbi litseyə daxil olub. 1996–1999-cu ildə Naxçıvanskını fərqlənmə ilə bitirib. 1999-cu ildə də Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə leytenant rütbəsi alıb.

2003-cü ildə Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin "N" saylı hərbi hissəsində taqım komandiri olub. Hələ 3 aylıq taqım komandiri olarkən , hərbi hissəyə yoxlama üçün gələn General-Polkovnik Səfər Əbiyev Əsgərli Emilin əsgərlərindən birini sual-cavab edir və əsgərin verdiyi cavablar Müdafiə Nazirini çox razı salır və əsgərin komandiri olan Əsgərli Emili Baş leytenant rütbəsi ilə mükafatlandırır. Əsgərli Emil 2004-cü ildə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin "N" saylı hərbi hissəsində bölük komandiri vəzifəsində öz hərbi fəaliyyətini davam etdirir. 2008-ci ildə H.Z.Tağıyev qəsəbəsində həmin hərbi hissədə Kapitan rütbəsi ilə taborun maddi texniki təminat üzrə tabor komandirinin müavini vəzifəsini icra edir. Daha sonra Qusar rayonu "N" saylı hərbi hissədə taborun qərərgah rəisi vəzifəsində işləməklə bərabər tabor komandiri vəzifəsini də icra edir.

2011-ci ildə öz vəzifə borcunu layiqincə yerinə yetirdiyi və nümunəvi zabitlərdən olduğu üçün , Beyləqan rayon "N" saylı hərbi hissəsində tabor komandiri vəzifəsinə təyin oulunur.

13 iyun 2011-cü ildə "Qüsursuz Xidmətə Görə" 3-cü dərəcəli medalı ilə ilə təltif olunur. 2013-cü ilə Əsgərli Emil Əlihüseyn oğlu mayor rütbəsi ilə təltif olunur.

07 mart 2013-cü ildə ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı ilə təltif olunur.

24 iyun 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi " yubiley medalı ilə təltif olunur. 15 noyabr 2013-cü ildə "Hərbi Xidmətdə Fərqlənməyə Görə" 3-cü dərəcəli medal ilə təltif olunur.

15.05.2014 tarixində günorta saatlarında, günorta təxminən 14:00 radələrində Beyləqan qayonu "N" saylı hərbi hissəsində Əsgərli Emil, hərbi hissənin xüsusi bölmə əməkdaşı və 6 nəfər əsgər ərazini yoxlamağa çıxdığı zaman şəhid olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]