Emili Qrin Bolç (8 yanvar 1867[1][2][…], Yamayka Pleyn[d][3] – 9 yanvar 1961[1][2][…], Kembric, Massaçusets) – ABŞ yazıçısı, iqtisadçısı və sosioloqu.
Emili Qrin Bolç | |
---|---|
Doğum tarixi | 8 yanvar 1867[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 yanvar 1961[1][2][…] (94 yaşında) |
Vəfat yeri |
|
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı, pedaqoq, universitet müəllimi[d], sosioloq, sindikatçı[d], jurnalist, sülh aktivisti, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Bolç 8 yanvar 1867-ci ildə ABŞ-nin Massaçusets ştatının Boston şəhərində anadan olmuşdur. 1886-cı ildən 1889-cu ilə kimi iqtisadiyyat üzrə Brin-Mar kollecində oxumuşdur. Bundan bir il sonra müstəqil olaraq sosiologiya üzrə araşdırmalar apardıqdan sonra Parisə köçmüşdür. Akademik həyatı boyunca Berlində, Çikaqoda və bir çox digər universitetdə olmağa başlayan Bolç bir çox iş üzərində işlədi.[4]
Avropa və Amerikada miqrant həyatı ilə bağlı müqayisəli analizlər aparan Bolç feminizm və pasifizmə üstünlük verirdi. 1892-ci ildə Vida Skudder və Elena Dadli ilə birlikdə Bostonda sosial yaşayış məntəqəsi olan Dennison evinin yaradıcılarından biri olmuşdur. Dennison evi qadın işçilər mərkəzinə çevrilmişdir.[4]
ABŞ-yə qayıdanda ABŞ-nin müharibəyə girməsinə qarşı çıxaraq aktiv kampaniya apardı. Bolçun Birinci dünya müharibəsi zamanı dünya sülhü idealına bağlı qalması müsbət qarşılanmamışdır. Amma bu sahədəki işlərinə davam edən Bolç İkinci dünya müharibəsi zamanı da güclü bir əks reaksiya göstərdi. Nasizimin ifrat dərəcədəki effektləri onda pasifizm haqqındakı fikirlərini dəyişdirmişdir və sülh üçün fikir tapmağa çalışmışdır. Vacib su yollarının, havacılığın, dünyanın müəyyən bölgələrinin beynəlxalqlaşdırılması kimi fikirlər ortaya atmışdır. 1946-cı ildə Sülh üzrə Nobel mükafatına layiq görülmüşdür. Bolç "Fransada yoxsulların ictimai köməkləri" adlı məqaləsində həmin dövrdə çox az sosioloqun qəbul edəcəyi bir şeyi edərək statistik məlumatlar ilə sosiologiya nəzəriyyəsini birləşdirmişdir.[4]
Aktiv həyat keçirən Bolç 9 yanvar 1961-ci ildə Kembricdə ölmüşdür.[4]