Emili Zamurka

Emili Zamurka – evsiz vaxtlarında metroda Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı oxuyarkən Los Anceles Polis əməkdaşı tərəfindən çəkilərək sosial şəbəkədə yerləşdirilən viral video əsasında məşhurluq əldə edən moldavan əsilli amerikalı müğənni.

Emili Zamurka
ing. Emily Zamourka
Ümumi məlumatlar
Vətəndaşlığı ABŞ ABŞ
Milliyyəti moldovan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2019-cu ildən

Həyatı[redaktə | mənbəni redaktə et]

Emili Zamurka 1991-ci ildə Moldovadan Amerika Birləşmiş Ştatlarına köçür. Bir müddət sonra ciddi sağlamlıq problemi yaşayan Emili tibbi xərcləri baha olduğu üçün onları ödəyə bilmir və Los-Ancelesdə iki il evsiz qalır. Fortepiano və skripka dərsləri verən sənətçi çoxlu işlər görməyə məcbur olur. O, həmçinin iki-üç əvvəl pul qazanmaq vasitəsi olan skripkasını naməlum bir vandalın sındırmasından sonra küçələrə çıxdığını söylədi. Zamurkanın küçələri tərk etməsinə və yeni skripka almasına GoFundMe səhifəsi kömək edir.[1][2][3][4][5][6]

Metroda mahni oxuduqdan sonra Zamurka 5 oktyabr 2019-cu il şənbə günü San-Pedronun mərkəzindəki Tarixi Kiçik İtaliya lövhəsinin açılış mərasimində onu alqışlarla qarşılayan tamaşaçı qarşısında çıxış etdi. O, orada yalnız bir mahnı ifa etdi, hansı ki onun məşhurlaşmasına səbəb olan Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı ifa etdi.[1][2][3][4][5][6]

Məşhurluq dövrü[redaktə | mənbəni redaktə et]

3 oktyabr 2019-cu ildə “Qremmi” mükafatı namizədi Coel Daymond ona əməkdaşlıq təklif edir.[7] Onun hələ də evsiz olduğu və bütün köməklərdən imtina etdiyi bildirilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Flynn, Meagan. "Like a miracle': Homeless woman's viral subway opera performance may get her off the streets" (ingilis). Washington Post. 1 oktyabr 2019 tarixində arxivləşdirilib.
  2. 1 2 Alejandra Reyes. "Homeless singer has a viral moment on L.A. subway and, suddenly, new prospects" (ingilis). Los Angeles Times. 1 oktyabr 2019 tarixində arxivləşdirilib.
  3. 1 2 Tamar Lapin. "Mystery LA subway singer identified as homeless Russian musician" (ingilis). nypost.com. 30 sentyabr 2019. 1 oktyabr 2019 tarixində arxivləşdirilib.
  4. 1 2 Leanne Suter and ABC7.com staff. "LA's mystery subway singer tells her story after mesmerizing serenade goes viral" (ingilis). ABC7 Los Angeles. 1 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2019.
  5. 1 2 Jovana Lara. "LA subway singer in viral video shares story of hardship and hope" (ingilis). ABC7 Los Angeles. 1 oktyabr 2019 tarixində arxivləşdirilib.
  6. 1 2 "From Russia To The US: Subway Singer Tells Her Own Story" (ingilis). losangeles.cbslocal.com. 1 oktyabr 2019 tarixində arxivləşdirilib.
  7. Harriet Brewis. "Emily Zamourka: Homeless LA subway singer offered record contract after video went viral" (ingilis). standard.co.uk. 5 oktyabr 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]