Emin Əliyev — Azərbaycanlı baletmeyster,xoreqraf. Azərbaycanın əməkdar artisti(2008), beynəlxalq festivallar laureatı. Akademik Musiqili Teatrın baş baletmeysteri (2022)
Emin Əliyev | |
---|---|
Emin Eldar oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı Azərbaycan SSR SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyət illəri | 1985-ci ildən bu günə kimi |
Təhsili | Bakı Xoreoqrafiya Akademiyası |
Teatr | Azərbaycan Dövlət Akademik Musiqili Teatrı |
Mükafatları |
Emin Eldar oğlu Əliyev 5 may 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı Xoreoqrafiya Akademiyasının (1990-2001-ci illər) məzunudur. Ali təhsillidir
Emin Əliyev 1985-ci ildə “Cücələrim” mahnı və rəqs ansamblı ilə rəqs yaradıcılığına başlayıb. 1996-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun "Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb və bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin "Ney" və 2017-ci ildə "Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. 2012-ci ildən istedadlı rəqqas və xoreoqraf kimi Rusiyanın bir çox şəhərlərində müxtəlif mədəni tədbirlər və festivallar çərçivəsində quruluş verdiyi balet kompozisiyalarını uğurla nümayiş etdirib, həm ölkəmizin, həm də dünyanın müxtəlif şəhərlərində ustad dərsləri verib. Xoreqrafiya Akademiyasının 90 illik yubileyi ilə əlaqədar maestro Niyazinin "Rast” simfonik muğamı və "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında "Dəryadan damla" balet-tamaşasına quruluş verib.
Emin Əliyev 2019-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına balet artisti və solisti vəzifəsinə qəbul olunub. E. Əliyev teatra düzəldiyi gündən bir çox tamaşalarda balet artisti və solisti kimi çıxışlar edib. Həmin ilin iyul ayında Akademik Musiqili Teatrın yaradıcı heyəti ilə birlikdə Türkiyənin Bayburt şəhərində keçirilən ənənəvi "Dədə Qorqud" festivalında uğurla çıxış edib. Emin Əliyev 2020-ci ildə Akademik Musiqili Teatrın balet truppasının quruluşçu baletmeysteri, 2022-ci ildən isə baş baletmeysteri təyin olunmuşdur. Şanlı ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr Emin Əliyevin yaradıcılığına da öz töfhəsini verdi. Onun quruluşçu baletmeysteri və ifaçısı olduğu "Qalib əsgər" layihəsi istər televiziya tamaşaçıları, istərsə də sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılandı. Emin Əliyev Akademik Musiqili Teatrın Nizami ilinə həsr etdiyi “Nizami – 880” balet-kompozisiyasının xoreoqrafı və Nizami Gəncəvi obrazının iştirakçısı olub.
Emin Əliyev yaradıcılığı dövründə Özbəkistan,Rusiya, Türkiyənin müxtəlif səhnələrində ustad dərsləri keçib.
Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Əməkdar artist eyni zamanda Akademik Musiqili Teatrın səhnəsində bu tamaşaların quruluşçu baletmeysteridir.
17 sentyabr 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adına layiq görülüb..[1]
"Nəsimi” promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.
2021-ci ildə Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Nizami irsinə verdiyi yaradıcılıq töhfəsinə görə “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı ilə təltif olunub.