Emin Axundov (ivr. אמין אוחנדוב;[1] 1980-ci illər, Sumqayıt – 8 oktyabr 2023, Cənub dairəsi) — azərbaycanəsilli İsrail polis zabiti, kapral, baş inspektor. 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumları zamanı döyüşlərdə həlak olmuşdur.
Emin Axundov | |
---|---|
Doğum tarixi | 1980-ci illər |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 2023 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | polis əməkdaşı[d] |
Emin Axundov 1987-ci və ya 1988-ci ildə[2] SSRİ-də, Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur.[3] O, sonradan İsrailə köçmüşdür. Axundov burada təhsil almış və polisə işə qəbul edilmişdir.[4] O, kapral vəzifəsinə qədər yüksəlmişdir,[5] baş inspektor olmuşdur.[6] Axundov ailəsi ilə birlikdə müxtəlif mənbələrə görə Beer-Şeva[4] və ya Ofakim[5] şəhərində yaşamışdır. O, HƏMAS-ın İsrailə hücumları zamanı müharibəyə çağırılmışdır.[4] Axundov 8 oktyabrda Qəzza zolağı yaxınlığında yaşayış məntəqələrinin HƏMAS döyüşlərindən azad edilməsi zamanı həlak olmuşdur.[4][7] İsrail polisi bu hadisə ilə bağlı bağsağlığı vermişdir.[8] Dəfn mərasimi həmin gün Beer-Şeva hərbi qəbiristanlığında baş tutmuşdur.[9]
Emin Axundov evli olmuş,[9] iki azyaşlı övladı var idi.[2] Onun Azərbaycan vətəndaşlığı yox idi.[4]