Emin Hüseynov (jurnalist)

Emin Rafiq oğlu Hüseynov (4 dekabr 1979, Bakı) — azərbaycanlı jurnalist, insan hüquqları üzrə aktivist. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri. Azərbaycanda həbs olunmaqdan yayınmaq üçün, o, gizlənməyə məcbur oldu. Müəyyən müddətdən sonra Emin Hüseynov Azərbaycandan qaçdı və hal-hazırda İsveçrədə məcburi köçkün kimi yaşayır. Azərbaycanda baş verən böyük problemləri Avropa qurumlarında və məhkəmələrində dəfələrlə öz sübutu ilə açıqlamaya çalışıb.

Emin Hüseynov
Doğum tarixi 4 dekabr 1979(1979-12-04) (44 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Jurnalizm və aktivizm

Həyat və karyerası

[redaktə | mənbəni redaktə et]

Emin Hüseynov 4 dekabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub. 2002-2005-ci illərdə Bakıda yerləşən Turan İnformasiya Agentliyində işləyib.[1] 2006-cı ildə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təsisçi üzvü və sədri oldu.[2][1] O, 2014-cü ildə gizlənənə qədər sədr vəzifəsində qalıb. 2008-ci ildə İTV telekanalının monitoru olub. 2010-cu ildə O, Objective TV-nin təsisçi üzvü və sədri oldu.[1] O, Amerika vətəndaşı olan Sarah Paulsworth ilə evlidir.[3]

Repressiya və sürgün

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə Hüseynov dinc aksiyaların Azərbaycan polisi tərəfindən dağıdılması barədə məlumat verib. Daha sonra Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və döyülüb. Hüseynov kəllə-beyin nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Bu hadisə ilə əlaqədar Hüseynovun səhhətində narahatlıq var.[4][5]

2014-cü ilin avqustunda jurnalistlərə qarşı repressiya zamanı həbs olunmaqdan qorxan Hüseynov Azərbaycandan Türkiyəyə qaçıb, lakin sərhəddə saxlanılıb. Bu arada RATİ-nin Bakıdakı baş ofisində reyd keçirilib. Həyatından qorxan Hüseynov İsveçrə səfirliyinə gedib və orada gizlənib. Gizlənərkən RATİ-nin ofisləri səlahiyyətlilər tərəfindən bağlanıb və üzvləri saxlanılıb, bəziləri döyülüb.[4][2] Hüseynov gizlənərkən vəzifə səlahiyyətlərindən sui-istifadə və vergidən yayınmada qeyri-qanuni təqsirli bilinirdi, bu ittihama görə, günahı sübuta yetirilərsə, onu 12 il həbs cəzası gözləyirdi.[4][2] Bir ilə yaxın gizləndikdən sonra Hüseynov 2015-ci il iyunun 13-də İsveçrəyə uçdu.[4] Uçuş İsveçrənin xarici işlər naziri Didye Burkhalter tərəfindən təşkil olunub. O, hazırda Berndə yaşayır və siyasi sığınacaq üçün müraciət edib.[6][2][7]

Beynəlxalq qınaq

[redaktə | mənbəni redaktə et]

Bir sıra beynəlxalq təşkilatlar Emin Hüseynovun işi ilə bağlı öz qınaqlarını və narahatlığını ifadə ediblər, o cümlədən Beynəlxalq Mediaya Dəstək,[8] Avropa Şurası,[9] Beynəlxalq İfadə Azadlığı Mübadiləsi (IFEX),[10] Maddə 19,[5] Mülki Hüquq Müdafiəçiləri,[ 11] İnsan Hüquqları Evi Fondu,[12] Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası,[13] Jurnalistləri Müdafiə Komitəsi[14] və s. ATƏT nümayəndəsi Dunya Miyatoviç bildirib:[15]

    “RATİ-nin ofisinə basqın cəhdləri, Emin Hüseynovun ailəsinə hədə-qorxu gəlmək və ölkədən kənara çıxmaq qadağası Azərbaycanda media azadlığının vəziyyətinin geniş miqyasda pisləşməsinə bir daha sübutdur, o cümlədən müstəqil jurnalistlərə, ifadə azadlığı müdafiəçilərinə və bloggerlərə qarşı məqsədyönlü təqiblər. Mən bir daha hakimiyyəti ölkədə mediaya və azad səslərə qarşı davam edən təqibləri dayandırmağa çağırıram”.

Beynəlxalq Mediaya Dəstəkdən Gülnarə Axundova bildirib:[16]

    “Bir çox QHT-nin Emini dəstəkləmək üçün niyə ayağa qalxdığını başa düşmək vacibdir – ona görə ki, biz illər boyu onunla işləmişik və onun töhfəsinin nə qədər vacib olduğunu dəqiq bilirik. Emin dünyanın Azərbaycanda insan haqları və mətbuat azadlığı, Azərbaycan hökumətinin sıxışdırmağa çalışdığı informasiyalar üçün arxalandığı bir neçə cəsur insanlardan biridir. İndi Eminin hüquqlarının müdafiəsi ilə bağlı öhdəlik götürmək Azərbaycan hökuməti üçün mühüm siqnal olardı ki, dünya beynəlxalq idman yarışlarının parıltısına aldanmayıb”.

Təşəbbüsləri dəstəkləyin

[redaktə | mənbəni redaktə et]

Cəsarət Fondu Emin Hüseynova dəstək təşəbbüsü ilə çıxış edir. Təşəbbüs Emin Hüseynova dəstək olmaq və onun məhkəmə işində kömək etmək üçün ianə və vəsait toplamaq məqsədi daşıyır.[17]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]