Emin Mahmudov (yazıçı)

Mahmudov Emin Qasıməli oğlu (1 yanvar 1925, Göyçay2000) — nasir, tərcüməçi, 1954-cü idən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Emin Mahmudov
Emin Qasıməli oğlu Mahmudov
Doğum tarixi 1 yanvar 1925(1925-01-01)
Doğum yeri
Vəfat tarixi 2000
Təhsili
Fəaliyyəti yazıçı
Janr elmi fantastika
Üzvlüyü

Emin Mahmudov 1925-ci il yanvarın 1-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirib bir il uşaq evində tərbiyəçi işləmiş, sonra ordu sıralarında olmuşdur (1943–1945). Tərxis edildikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1945–1950).

Ədəbi yaradıcılığa şeirlə başlasa da, elmi fantastikaya və bədii tərcüməyə üstünlük vermişdir. "RT-1" adlı ilk elmi-fantastik hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc olunmuşdur. "Günəş şəhəri" adlı ilk elmi-fantastik hekayələr məcmuəsi isə 1953-cü ildə Uşaqgəncnəşrdə çapdan çıxmışdır. O, Bakıda Baş mətbuat idarəsində senzor (1948–1952), "Azərbaycan qadını" jurnalı redaksiyasında məsul katib (1955–1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1953–1954), "Azərbaycan pioneri" qəzeti redaksiyasında məsul katib (1967–1971), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor (1973–1982) olmuşdur. 1982–1992-ci illərdə orada ştatdankənar müxbir işləyib. Xidmətlərinə görə medallarla təltif olunmuşdur.

1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Ömrünün son illərini Amerika Birləşmiş Ştatlarında yaşayıb və 31 avqust 2013-cü ildə, Santa Monika şəhərində vəfat edib.

  1. Muğanda qütb parıltısı. Bakı: Uşaqgəncnəşr, 1954, 59 səh.
  2. Kainat gəmisi. Bakı: Uşaqgəncnəşr, 1957, 189 səh.
  3. Veneranın göyləri od içindədir. Bakı: Uşaqgəncnəşr, 1960, 211 səh.
  4. Qeyb olmuş səslər. Bakı: Azərnəşr, 1964, 87 səh.
  5. Dəmir necə ayaq açdı. Bakı: Gənclik, 1967, 41 səh.
  6. Zülmət dənizi. Bakı: Gənclik, 1972, 174 səh.
  7. Ulduzlar yolumuzu gözləyir. Bakı: Gənclik, 1975, 93 səh.
  8. Qüdrətli pillə. Bakı: Gənclik, 1985, 56 səh.
  9. Günün nəfəsi. Bakı: Gənclik, 1986, 60 səh.
  10. Atlant qızı. Bakı: Yazıçı, 1986, 230 səh.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(ruscadan)

  1. V. Zaxarçenko. Elektrik beyni ilə söhbət. Bakı: Gənclik, 1970, 293 səh.
  2. V. Levi. Fikir ardınca. Bakı: Gənclik, 1972, 308 səh.
  3. R. Baxtamov. Qanun qanundur. Bakı: Gənclik, 1974, 292 səh.
  4. Z. Seyidməmmədova. Təyyarəçinin qeydləri. Bakı: Gənclik, 1976, 93 səh.
  5. Şişpapaq (povest). Bakı: Azərnəşr, 1964, 196 səh.
  6. Dağlarda şimşək çaxır (povest). Bakı: Gənclik, 1967, 202 səh.
  7. Yağış mahnısı. Bakı: Gənclik, 1968, 174 səh.
  8. Povest və hekayələr. Bakı: Gənclik, 1976, 198 səh.
  9. Baba nağılı (povest və hekayələr). Bakı: Gənclik, 1978, 248 səh.
  10. Teleqram (povest və hekayələr). Bakı: Gənclik, 1982, 164 səh.