Emin Qəribov

Emin Qəribov - Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. 1990-cı il avqustun 9-da Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. İlk dəfə beynəlxalq yarışlarda 2009-cu ildə Dohada keçirilən dünya çempionatında çıxış edib və yekunda 8-ci yeri tutub. Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarında Rusiya yığmasının tərkibində və həm də individual olaraq çıxış edən Emin Qəribov ən böyük uğurunu Avropa çempionatında qazanıb. 2012-ci ildə Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bir qızıl və bir gümüş medal qazanan Emin, 2013-cü il Moskva şəhərində keçirilən Avropa çempionatında da bir qızıl medal qazanıb.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. "Emin Garibov". BBC Sport. 2012-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 Sentyabr 2012.