Emma Hacıyeva (rus. ́Эмма Гаджиева; 26 aprel 1989, Qızılyar, Dağıstan MSSR) — əvvəllər Rusiyanı, daha sonralar isə Azərbaycanı təmsil etmiş fiqurlu konkisürən. Fiqurlu konkisürmə üzrə idman ustası.
Emma Hacıyeva | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Milliyəti | azərbaycanlı |
Doğum tarixi | 26 aprel 1989 (34 yaş) |
Doğum yeri | |
Boyu | 165 sm |
İdman növü | Fiqurlu konkisürmə |
Karyera illəri | 2004–2010 |
Məşqçisi | Mariya Butırskaya |
Komandası | MOİK Bakı |
26 aprel 1989-cu ildə Qızılyar şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır.[1] 48 saylı Moskva şəhər Uşaq-Gənclər İdman Məktəbi və MOİK Bakı klublarında çıxış edib. 2005-ci ildə Azərbaycan çempionatının gümüş medalını qazanıb. 2008/2009 mövsümündə böyüklər arasında dünya və Avropa çempionatında iştirak edib. 2009-cu ilin sentyabr ayında Almaniyanın Oberstdorf şəhərində baş tutan və Vankuver Qış Olimpiya Oyunlarına seçmə xarakteri daşıyan "Nebelhorn Trophy" yarışında iştirak edib.[2] 20 yaşında peşəkar karyerasını başa vurub.[1]
2018-ci ilə qədər Rusiyada ilk və tək idman radiostansiyası olan Sport FM-də aparıcı və müxbir qismində çıxış edib.[1] Hazırda "Matç TV"də aparıcı işləyir.[1]