Fiqurlu konkisürmə

Fiqurlu konkisürmə — musiqinin müşayiəti ilə ediləcək rəqsin, ya da nümayişin mövzusuna uyğun kostyumlarla reallaşdırılan idman növü. Yarışma məcburi hərəkətlər və sərbəst fiqurların bir kombinasiyasından meydana gəlir. Qış Olimpiya idman növlərinə daxildir. Avropa çempionatı, Dünya çempionatı, Dörd Qitə çempionatı və İSU Grand Prix yarışmaları kimi yarışlar təşkil edilir.

Fiqurlu konkisürmə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fiqurlu konkisürənlər (1908-ci il)

Olimpiadalar səviyyəsində yarışmalar təşkil edilən Buz Rəqsi, Cütlər, Təklər növlərdən başqa xeyli çox dəyişik şəkildə icra edilə bilər (dördlü ya da 10-12 şəxsiyyət qruplar halında).

Fiqurlu konki sürmə

[redaktə | mənbəni redaktə et]

Bu idman növündən adətən qışda istifadə edirlər. Bu idman növü həm də hobbi ola bilər .Fiqurlu konki sürərkən cüt və tək durmaq olar. Ən əsası isə doğru konki seçimidir. Ən məşhur və yaxşı konki firması JACKSON firmasıdır. Bir çox insanlar konki alarkən ölçü seçimi onlara çətin gəlir.Bu idman növü sizi şəxsi dünyanızdakı kimi hiss etdirir.Hər bir hərəkət çətin gəlsədə ozünüzə inansanız nəticəni gördükdə çox sevinəcəksiniz.Mən özüm də fiqurlu konki sürürəm.Artıq bir ildir ki,ilk addımlarımı atıram.Və sizə deyə biəcəyim odur ki,əgər siz də fiquristka olmağı arzulayırsınızsa heç vaxt "alınmayacaq","bacarmaram" deməyin.Çoxlu məşqlər nəticəsində sizdə hər hərəkət alınacaq.

Bal vermə sistemi

[redaktə | mənbəni redaktə et]

2002 Qış Olimpiadalarına qədər Fiqurlu konkisürmədə 6-lıq sistem deyilən, idmançıların sərgilədiyi proqramın 6 tam bal üzərindən qiymətləndirildiyi bir sistem tətbiq olunmuşdur. Bu sistemdə hakimlər idmançının performansına görə texniki və artistik olaraq 2 fərqli bal verirdilər. Texniki ballar idmançının etdiyi tullanış, dönüşlər, bunların səhvsiz edilib edilməməsi kimi silsilədəki texniki işləri, artistik ballar isə idmançının musiqilə uyğunlaşması, kostyumları, buz səthinin istifadəsi kimi elementləri ehtiva edər. Hakimlər idmançını 6.0 tam bal üzərindən qiymətləndirir. 6.0 tam bal seriyanın qüsursuz bir şəkildə sərgiləndiyini göstərir. Hakimlər 5.4 ya da 4.2 kimi onluq ballar da verə bilər.

2002-ci il Qış Olimpiadalarında Cütlər kateqoriyası yarışmasında partlaq verən, sonunda 2 cütün birdən olimpiada çempionu elan edildiyi hadisələrdən sonra yeni bir bal vermə sistemi gətirildi.

Bu sistemdə idmançıların etdikləri hər bir hərəkətin (tullanışlar, dönüşlər, qaldırışlar) bir xam balı vardır. Hakimlər hərəkətin quruluşuna görə idmançıya bu baldan 3 bal çox ya da 3 bal aşağı verə bilər.

Ancaq sistem Fiqurlu konkisürməyə zərər verdiyi, idmançıların proqramlarının çətinləşdiyi ancaq artistik istiqamətdən zəiflədiyi, idmançıların özlərini çox çətinləşdirlikləri və bunun zədələrə səbəb olduğu istiqamətində tənqidlər aldı.