Endər Poladxanlı

Endər Poladxanlı― 10 dekabr 1998-ci ildə Azərbaycanda anadan olub.Azərbaycan basketbol komandası olan SABAH heyətində çıxış edir.

ENDER POLADXANLI
Boyu 198 sm
Çəkisi 106 kq
Vətəndaşlığı azərbaycanlı
Doğum tarixi (25 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan

2022/2023 mövsümündə “Sərhədçi”də çıxış etmiş oyunçu 499 xal, 184 ribaund və 103 assistlə komandasının liderlərindən olub.[1]

Endər Poladxanlı 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında basketbolun 3×3 növündə gümüş medal qazanıb. 2016-cı ildə San-Marinoda təşkil olunan Avropa Çempionatının C divizionunda U-18 millisinin heyətində qızıl medal əldə edib. Komandanın kapitanı olaraq təşkilatçılar tərəfindən çempionatın ən yaxşı oyunçusu (MVP) adına layiq görülüb.[1]

Avropada da oyun təcrübəsinə malik olan basketbolçu “Şole” klubunun heyətində gənclər arasında Fransa çempionatının qalibi olub.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 "Endər Poladxanlı". aut.az.