Fransa çempionatında ilin futbolçusu mükafatı mövsüm ərzində ən yaxşı oyun sərgiləyən futbolçuya təqdim edilən illik futbol mükafatıdır. Mükafat 1993–94 mövsümündən etibarən sahibinə təqdim edilir və onun ilk sahibi "Pari Sen-Jermen" klubunun hücumçusu David Jinola olmuşdur. Sonuncu qalib isə "Pari Sen-Jermen" klubunun futbolçusu olmuş Zlatan İbrahimoviçdir.
Qalibin adı 1993–94 mövsümündən etibarən hər il mövsümün sonunda elan olunur. Mükafatın sahibi olmuş ilk əcnəbi futbolçu isə "Monako"da çıxış etmiş braziliyalıSonni Anderson olmuşdur. Ardıcıl olaraq mükafatı 2 dəfə qazanmış futbolçu is Pauletadır. O, bu adı 2001–02 və 2002–03 mövsümlərində əldə etmişdir. Zlatan İbrahimoviç isə mükafatı rekord sayda, 3 dəfə qazana bilmişdir.