Endau-Rompin Milli Parkı

Endau-Rompin Milli Parkı (malay Taman Negara Endau-Rompin) — Malayziyanın Tenasserin təpələrinin cənubunda yerləşən və tropik meşələrin qorunduğu milli park. Milli park Malayziyanın Pahanq ştatının cənubunu və Cohor ştatının şimal-şərqini əhatə edir, ümumi sahəsi 870 km2-dir. Milli park Qərbi Malayziyada Taman Neqara Milli Parkından sonra ikinci ən böyük milli parkdır. Burada həmçinin 26 km uzunluğunda cığır var. Endau-Rompin Malayziya hökuməti tərəfindən əsası qoyulmuş ikinci milli parkdır.

Endau-Rompin Milli Parkı
malay Taman Negara Endau-Rompin
Caninq barat dağından mənzərə
Caninq barat dağından mənzərə
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 870 km2 ha
Yaradılma tarixi 1993
İdarəetmə orqanı Cohor Park Korporasiyası
Yerləşməsi
2°26′20″ şm. e. 103°16′22″ ş. u.HGYO
Ölkə  Malayziya
Vilayət Cohor və Pahanq
Yaxın şəhər Kahanq
Endau-Rompin Milli Parkı xəritədə
Endau-Rompin Milli Parkı
Endau-Rompin Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli parkda dünyanın ən qədim tropik meşə kompleksi yerləşir və buradakı qaya quruluşlarının yaşı 248 milyon ildir. Malay yarımadasında nəsli kəsilmək üzrə olan şimal Sumatra kərgadanının ən böyük populyasiyası bu milli parkdadır. Cohor ştatının ən hündür ikinci nöqtəsi olan Qununq Besar dağı milli park ərazisində yerləşir.

Musson dövründə — noyabr-mart aylarında milli park ictimaiyyətə bağlı olur. Bundan əlavə, sentyabr-oktyabr ayları balıqların cütləşmə dövrü olduğundan bu dövrdə milli parkda balıqçılıq qadağan edilir.

Milli parkda ilk elmi tədqiqat 1892-ci ildə H. U. Leyk və leytenant H. C. Kelsallın başçılığı altında baş tutmuşdur. Onların elmi tədqiqatlarının köməyi ilə 1933-cü ildə Endau-Kluanq tropik meşə kompleksi təbiət qoruğu elan edilmişdir. 1972-ci ildə qoruğun ərazisi genişlənidirilmiş və Lesonq meşəsi qoruğun ərazisinə daxil edilmişdir.[1]

1972-ci ildə Malayziya hökuməti buranı sahəsi 2000 km2 olan milli park kimi qorumaq məsələsi ilə maraqlanmağa başlamışdır. Lakin bu dövrdə milli parkın yaradılması üçün hüquqi mexanizm mövcud deyildi. 1980-ci ildə Malayziya parlamenti "Milli parklar haqqında qanun" qəbul etmişdir. Lakin dövlət ilə federal qüvvələr arasındakı mübahisələrə görə milli parkın yaradılması baş tutmamışdır.[2] 1985-ci ildə Milli Park və Vəhşi Həyat Departamenti burada təhlükədə olan şimal Sumatra kərgadanı qorumaq üçün milli parkın yaradılmasını təklif etmişdir.[2]

1993-cü ildə milli park yaradılmışdır.

  1. Journey Malaysia. Endau Rompin National Park Arxivləşdirilib 2012-08-22 at the Wayback Machine. Extracted April 24 2007
  2. 1 2 Malaysian Nature Society. Endau Rompin National Park Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine. Extracted April 24 2007

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]