Pahang Qərb Malayziyanın şərqində əyalət. Qərbdə Malay sıra dağları, şimalda isə şərq yaylaları ilə əhatələnən geniş Pahang çayı (sungai) hövzəsini əhatə edir. Şərq sahil Cənubi Çin dənizi boyunca uzanır.
Malayziyanın ştatı | |
Pahanq | |
---|---|
3°45′ şm. e. 102°30′ ş. u.HGYO |
|
Ölkə | Malayziya |
İnzibati mərkəz | Kuantan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 36.137 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1,443,365 nəfər (2010) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | MY-06 |
Telefon kodu | 03, 05, 09 |
Poçt indeksi | 25000–28999, 39000–39999, 49000, 69000 |
Avtomobil nömrəsi | C |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
xııı əsrə aid bir Çin salnaməsində Pahangın Şrivicaya adlı bir Sumatra krallığına asılı olduğu deyilir. xv əsrdən sonra Malaka Darussalamnın əlinə keçən Pahang daha sonra Johorun suverenliyi altına keçdi. Johorun bölgədəki nümayəndələri zamanla müstəqil bir sultanlıq qurdular. Bu sultanlıq 1887-ci ildə Britaniyanın protektorası olmağı qəbul etdi. Pahang 1895-ci ildə Federal Malaya Əyalətlərindən biri oldu və II Dünya Müharibəsindən sonra Malaya Federasiyasına qatıldı.
Məskunlaşmanın seyrək olduğu bölgədə Malaylar ,Çinlilər və yarı köçəri yerlilər yaşar. Qərbdəki böyük qəsəbələrdə əhalinin böyük hissəsini çinlilər təşkil edir. Bölgədəki ən böyük məskunlaşma yeri Kuanta və Pekandır. Əhalinin böyük qisimini Müsəlmanlar təşkil edir.
Pahang çayı boyunca dəmir və avtomabil yolları ilə rezin plantasiyaları uzanır. Sahildəki delta bölgələrində düyü yetişdirilir. Başqa bitki mənşəli məhsullardan kokos , tütün və kenevir becərilir. Böyük miqyaslı inkişaf layihələri sonunda yağ palmasi və rezin plantasiyaları qurmaq üçün yüz minlərlə km²-lik bir meşə bölgəsi təmizlənərək əkinçiliyə verilmiş və qurulan yeni kəndlərə yüz minlərlə adam yerləşdirilmişdir. Rompində geniş dəmir filizi yataqları vardır (1970-ci ildə mədən sənayesinə son qoyulmişdur); Raubda qızıl çıxarılır. Sungai Lembingdəki qalay yataqları 1888-ci ildən bu yana fəaliyyət göstərir. Sahil zonasındə Malayziyanın əhəmiyyətli neft və təbii qaz yataqları vardır.
Pahangın şimal-qərb ucundakı Taman Negara Milli Parkında (4.344 km²) Malakka Yarımadasının ən yüksək nöqtəsi olan Tahan Dağı (2.187 m) yerləşir. Bölgənin orta hisəsində isə Kerau Təbii Həyatı Qoruma Sahəsi yerləşir.