Daxili sekresiya vəzilərinə ya endokrin ya da inkretor - lat. glandulae endokrinatae (lat. endo - daxilə, lat. crino - ifraz edirəm) lat. s. organa incretoria axacaqları olmayan bir sıra vəyilər aiddir; axacaqları olmadıqları üçün bunlar bir də axacaqsız vəzilər - lat. glandulae sine ductibus adını daşıyır. Bəzən bunlara qapalı vəzilər - lat. glandulae clausae deyilir. Bu xüsusiyyət ilə xarici sekresiya vəzilərindən fərqlənir. Bunların fəaliyyətləri nəticəsində ifraz olunan məhsul - Hormon (yun. - hormao - qıcıqlandırma) ya inkret bilavasitə qana və limfaya keçərək orqanizmə yayılır.
Daxili sekresiya vəziləri | |
---|---|
| |
Latınca | Glandulae Endocrinontae |
Sinir sistemi olmayan sadə hüceyrəli heyvanların orqanizmində davam edən fizioloji proseslər və eləcə də onların xarici mühitlə rabitəsi orqanizmin mayelərində olan kimyəvi maddələrlə tənzim olunur. Bu növ tənzimə kimyəvi ya humoral tənzim deyilir. Fizioloji cəhətcə həmin aktiv kimyəvi maddələr birhüceyrəlilərdə diffuz surətdə plazma vasitəsilə, çoxhüceyrəlilərdə isə xüsusi borular (damarlar) ilə cərəyan edərək orqanizmə yayılır.
Sinir sisteminin əmələ gəlməsilə əlaqədar olaraq kimyəvi aktiv maddələr sinir elementlərilə rabitəyə girir və nəticədə neyro-humoral tənzim üsulu meydana çıxır. Sinir sisteminin təsiri altında maddələr mübadiləsi nəticəsində əmələ gələn həmin aktiv kimyəvi maddələr eyni zamanda sinir sistemini qıcıqlandırma qabiliyyətini əldə edərək mediator (sinir qıcığı ötürücü) adını alır, məsələn, simpatik, asetilxolin, histamin və s.
Sadə heyvanlarda mediatorlar bir höceyrədən digər hüceyrəyə keçərək yavaş-yavaş təsir edir. Bu növ mediatorlara yerli aktivator deyilir. Filogenezin sonrakı dövrlərində distant aktivator deyilən mediatorlar meydana çıxır; bunlar qan və limfa damarları ilə cərəyan edərək əmələgəldikləri yerdən uzaq məsafədə olan üzvlərə sürətlə təsir edir. Bu növ aktivatorlar daxili sekresiya vəziləri ya endokrin üzvləri deyilən xüsusi törəmələrdə (vəzilərdə) əmələ gəlir.
Daxili sekresiya vəzilərinin morfoloji xüsusiyyətlərindən biri də onların qan damarları ilə zəngin olmasıdır; məsələn bir dəqiqədə qalxanabənzər vəzinin 100 sm³ kütləsindən 560 sm³ qan cərəyan etdiyi halda, eyni miqdarda böyrək kütləsindən yalnız 100 sm³ qan keçir. Bundan əlavə daxili sekresiya vəzilərinin qan kapillyarları vəzi hüceyrələrilə sıx rabirədə olur; kapillyar divarının endotel qatı, burada xüsusi birləşdirici toxuma zarın (lat. membrana propria) olmamasına görə, bilavasitə vəzi hüceyrələrinə söykənir. Bundan başqa burada kapillyar genişliklər - sinusoidlər təşkil edir; sinusoidlərin divarları bəzi yerlərdə sanki qırıq olur, odur ki, həmin yerlərdə hüceyrələr kapillyarların mənfəzinə soxulur. Sinusoidlərdə qan yavaş cərəyan etdiyi üçün vəzi hüceyrələrinin qanla təmasda olması müddəti artır; bunun hamısı hormonun qana daxil olmasına imkan yaradır.
Daxili sekresiya vəzilərində ifraz olunan məhsul xüsusi maddələr qisminə aiddir. Hormonlar müəyyən üzvlərə qarşı xüsusi təsirə - seçici (elektiv) xassəyə və az miqdarda ifraz olunmağına baxmayaraq güclü təsirə malikdir. Bunların bir qismi toxumalarda maddələr möbadiləsini (assimilyasiya və dessimilyasiya proseslərini) və digər qismi - Hormonozomlar üzvlərin inkişaf və böyüməsini təmin edirlər. Hormonların bəzisi bu ya başqa vəzini qıcıqlandırmaqla onların ifrazatını artırır, başqalar isə, əksinə, üzvlərin fəaliyyətini tormozlayır.
Beləliklə, daxili sekresiya vəzilərinin ifraz etdikləri hormonlar qan və limfa vasitəsilə bütün vicuda yayılaraq fiyioloji və inkişaf proseslərini tənzim edir; vücudda müəyyən saziş (korrelyasiya) yaradır.
Daxili sekresiya vəziləri və sinir sistemi, xüsusilə vegetativ sinir sistemi vəzifə etibarilə bir-birilə qarşılıqlı nisbətdədir. Bir tərəfdən sinir sistemi büzün vicudda olan üzblərin vəzifəsini tənzim etməklə daxili sekresiya vəzilərini də qıcıqlandırır, onların ifrazını tənzim edir; digər tərəfdən daxili sekresiya vəzilərinin hormonları sinirlərin mühiti uclarını və sinir mərkəzlərini qıcıqlandırır. Məsələn, simpatik sinirlər qıcıqlanarkən böyrəküstü vəzinin beyin maddəsinin məhsulu - adrenalin deyilən hormon çoxalır, beləliklə qanda adrenalinin miqdarı artır; adrenalin isə simpatik sinirləri qıcıqlandırır, nəticədə damarlar daralır, qan təzyiqi artır, ürəkdöyünmə meydana çıxır və s. Daxili sekresiya vəzilərinin sinir sistemilə qarşılıqlı nisbətdə olmasını bir də onunla isbat etmək olar ki, onların bir qismi məsələn. hipofiz, əzgiləbənzər cisim, böyrəküstü vəzinin beyin maddəsi və xromaffin cisimlər sinir sistemi mayasından inkişaf edir. Məlum olduğu kimi, sinir sistemi və daxili sekresiya vəziləri bir-birlə sıx rabitədədir, vücud daxilində həm sinir həm də kimzəvi (humoral) korrelyasiya davam edir, odur ki, bu iki sistem birlikdə Neyro-humoral sistem adlanır.
Bundan əlavə daxili sekresiya vəziləri bir-birlə vəzifə etibailə çox mürəkkəb nisbətdədir, məsələn, birinin vəzifəsi pozularsa, o zaman digər vəzilərdə də vəzifə dəyişikliyi meydana çıxır, nəticədə vücudda davam edən korrelyasiya - "endokrin üzvləri dövranı" pozulur. Buradan endokrin vəzilərinin quruluşunu və vəzifəsini öyrənməyin təcrübi təbabət üçün nə qədər əhəmiyyəti olduğu aydın olur.
Daxili sekresiya vəziləri bütün həyat dövrü dəyişikliyə uğrayır. Bunların bir qismi müəyyən dövrdə öz vəzifəsini ifadə edir; məsələn, çəngələbənzər vəzi (timus) 15 yaşından sonra əks inkişafa (involyusiya prosesinə) uğrayır. Digər qismi məsələn, yumurtalıqlarda əmələ gələn sarı cisim (lat. corpus luteum) periodik surətdə meydana çıxır.
Daxili sekresiya vəziləri mənşə cəhətcə müxtəlif mənbələrdən inkişaf edir; odur ki, onlar inkişaf etdikləri mənbələrə görə beş qrupa bılünür:
Branxiogen vəzilər - baş bağırsağın divarından - udlaq cibləri epitelindən (qəlsəmə aparatından) inkişaf edir; bu qrupa Hipofizin ın payı - lat. lobus anterior hypophysis. qalxanabənzər vəzi - lat. glandulae thyreoidea, qalxanabənzərətraf vəziləri - lat. glandulae parathyreoideae və çəngələbənzər vəzi- lat. thymus aiddir.
Neyrogen vəzilər - sinir sistemi mayasından inkişaf edir; buraya hipofizin dal payı - lat. lobus posterior hypophysis, əzgiləbənzər cisim - lat. corpus pineale və xromaffin üzvlər daxildir. Xromaffin üzvlərinə böyrəküstü vəzin beyin maddəsi - lat. substantia medullaris glandulae suprarenales yuxu yumağı - lat. glomus caroticum və ürəküstü paraqanqlionlar - lat. paraganglia supracardiale, aortayanı cisimciklər - lat. corpora paraaortica, büzdüm cisimsiyi - lat. corpus coccygeum və simpatik qanqlionların ətrafında peritonarxası hüceyrəli toxumada aorta boyu yerləşmiş xramaffin hüceyrələr aiddir.
Seylomik vəzilər ikinci bədən boşluğu (seyloma) epitelindən inkişaf edir. Bu vəzilərə böyrəküstü vəzilərin qabıq maddəsi - lat. cortex glandulae suprarenales ya böyrəkarası (interrenal) üzvlər aiddir.
Endotermal vəzilər - bağırsağın selikli qişasını örtən endotermal epiteldən inkişaf edir; buraya pankreasın (mədəaltı vəzinin) adacıq hissəsi ya Langerhans adacıqları - lat. insulae Langerhansi daxildir.
Mezenximatoz vəzilər mezenximdən inkişaf edir; bu qrupa cinsiyyət vəzilərinin daxili sekresiya hissəsi, yəni xayalarda olan pubertat (büluğ) ya interstisial vəzilər (Leydiq hüceyrələri) və yumurtalıqlarda meydana çıxan sarı cisim - lat. corpus luteum aiddir. Son iki qrup birlikdə bəzi müəlliflər tərəfindən splanxnik vəzilər adı ilə qeyd olunur.
Daxili sekresiya vəzilərinin rüşeymi vərəqələrə olan nisbətlərinə gəldikdə, qeyd etməlidir ki, neyrogen vəzilər - ektodermadan, seylomik və mezenximatoz vəzilər - mezodermadan, branxiogen və endotermal vəzilər - endotermadan inkişaf edir.