Qalxanabənzər ətraf vəziləri

Qalxanabənzər ətraf vəzilərilat. glandulae parathyreoideae qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae superiores və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae inferiores; bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar.

Qalxanabənzər ətraf vəziləri
Thyroid and parathyroid.
Thyroid and parathyroid.
Latınca Glandulae parathyreoideae
Qrey subyekt 273 1271
Sistem Endokrin sistemi
Üzv Daxili sekresiya
Arteriya

yuxarı və aşağı qalxanabənzər arteriya – lat. aa. thyreoideae superior et inferior

tək arteriya – lat. art. thyreoideae ima
Vena lat. vv. thyreoideae superiores, mediae et inferiores
Sinir lat. ganglion cervicale medium, ganglion cervicale inferius
Limfa petracheal, prelaryngeal, jugulo-diagastric,və timus düyünlərinə yığışır
Embrional 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir
MeSH Parathyroid+Glands
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalxanabənzər ətraf vəziləri xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür. və özüdə xüsusi arakəsmələr vasitəsilə bir çox paycıqlara bölünmüşdür. Bunların parenximi epitel hüceyrələrdən təşkil olunmuş və epitel cisimcikləri adlanan atmalardan ibarətdir.

İnkişafı, anomaliyaları və yaş xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qalxanabənzər ətraf vəziləri genez cəhətcə bronxiogen vəzilərdən olub 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir. Bunların inkişaf mexanizmi vəzilərin inkişafı kimidir. Qalxanabənzər ətraf vəzilərinin anomaliyalarından miqdarının azalıb və çoxalması təsadüf edilir. Uşaqlarda qalxanabənzər ətraf vəziləri şəffaf və rəngləri çəhrayı olur, yaşa dolduqca onların rəngi tündləşir.

Vaskulyarizasiya və innervasiyası

[redaktə | mənbəni redaktə et]

Qalxanabənzər ətraf vəziləri aşağı və yuxarı qalxanabənzər arteriyalarından çıxan şaxələr (lat. rami parathyreoidei) ilə qidalanır. Venoz qan aşağı və yuxarı qalxanabənzər venalara toplanır. Bu vəzilər qalxanabənzər vəzini innervasiya edən sinirlərlə təchiz olunur.

Bu vəzilərin funksiyası tamamilə müəyyənləşdirilməmişdir, ancaq onun hormonu (parathormon) bədəndə kalsium mübadiləsini tənzim edir. Vəziləri bədəndən çıxardıqda hissi və hərəki sinirlərin həssaslığı olduqca artır. Əvvəlcə əzələ titrəməsi, sonra qıclıq və axırda tetanusa oxşar əlamətlər nəticəsində insan tələf olur. Beləliklə qalxanabənzər ətraf vəziləri kalsium mübadiləsini tənzim edərək onun müəyyən qismini bədəndə saxlayır, ona görə bu vəziləri çıxardıqda bədəndəki kalsiumun miqdarı azalır və nəticədə sinir-əzələ aparatının qıcıqlanma qabiliyyəti artır; çünki kalsium, ümumiyyətlə, sinir sisteminə təsir edərək onun həssaslığını zəiflədir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]