Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Energetik sürtkü yağları - bu yağ qrupuna turbin, elektroizolyasiya və kompressor yağları daxildir.
Turbin yağları- hidroturbinlərin, turbin kompressor maşınların diyircəklərini yağlamaq və soyutmaq üçün istifadə olunur. Eyni zamanda bu növ yağlardan işlək maye kimi turboaqreqatların tənzimlənmə sistemlərində, müxtəlif sənaye mexanizmlərinin dövriyyə və hidravlik sistemlərində istifadə olunur.Hal -hazırda dünyanın aparıcı şirkətləri tərəfindən turbin yağları geniş çeşiddə istehsal edilir. Məsələn, BP şirkəti Turbinol seriyalı, tərkibində metalorqanik aşqarlar olmayan turbin yağları istehsal edir. Bu yağlar oksidləşməyə, korroziyaya və köpüklənməyə qarşı yüksək davamlığa malikdirlər. Diyircək və reduktorların, həmçinin buxar, qaz və hidravlik turbinlərin, turbokompressorların yağlanmasında istifadə edilir. Fortum şirkəti – TURPİNİ markalı turbin yağları istehsal edir. Elektirk motorlarda , hava kompressorlarında və s. istifadə üçün tövsiyə edilir. Shell kompaniyası – Turbo markası altında turbin yağları istehsal edir. Hal-hazırda Rusiya istehsalı olan Тп-22, Тп-30, Тп-46 seriyalı turbin yağlara tələbat daha çoxdur. Bu yağların alınması parafinli neftlərin aşqarlarla birlikdə selektiv təmizlənməsi nəticəsində həyata keçirilir. Buxar turbinlərdə, turbokompressorlarda istifadə olunur.
Turbin yağları: Turbin yağları müxtəlif turboaqreqat buxar və qaz turbinləri, hidroturbin, maşın turbokompressorları podşipniklərinin yağlama və soyutması üçün nəzərdə tutulub. Bu yağlar işçi maye kimi turboaqreqatların tənzimləmə sistemlərində, habelə müxtəlif sənaye mexanizmlərinin dövri və hidravlik sistemlərində istifadə edilir.
Turbin yağları oksidləşməyə qarşı sabit olmaqla, uzun müddətli iş zamanı çöküntü ayırmamalı, istismar zamanı yağlama sisteminə kecə biləcək su ilə möhkəm emulsiya əmələ gətirməməli, polad detalları, korroziya təsirindən qorumalı kimi xassələrə malik olmalıdır. Qeyd olunan istismar xassələri neftin emalı zamanı təmizlənmiş yüksək keyfiyyətli yağın tərkibinə korroziya, deemulsasiya və oksidləşməyə qarşı aşqarların qatılması ilə əldə edilir. Cöküntü və nəm ilə neftlərin çirklənməsi yataqların elektrik erroziyasına şərait yaradır, tənzimləyici sistemlərin fəaliyyətinin etibarlığını azaldır və turbogeneratorun möhürlənməsinə səbəb olur (avadanlıqların təmiri üçün maddi xərclərin artmasına səbəb olur), dayanma yastıqlarının və daşıyıcı gövdələrin yeyilməsinə gətirib çıxarır, istismar xassələri pisləşir və turbin yağlarının xidməti müddətini azaldır. İstismar zamanı istilik elektrik stansiyalarında neft xətlərinin çirklənməsi turbin yağlarının keyfiyyətini aşağı salır.Təzyiq altında işləyən yağ ötürücülərinin xüsusilə, boşaltma qol borular və kollektorların, həmçinin turbin yağının keyfiyyətli təmizlənməsi turboaqreqatların uzun müddətli etibarlı işini təmin edir. Elektrik avadanlıqlarının qüsurları, zədələnməsinin təhlili göstərir ki, hadisələrin 20-25% -i neft təchizatı sistemində pozuntular və turbin yağının keyfiyyəti ilə bağlıdır.
Rusiya Federasiyasının elektrik stansiyalarının və şəbəkələrinin istismarının texniki iş şərtlərinə (РД 34.20.501-95 РАО "ЕЭС России") əsasən buxar turbinlərində, elektrik enerjisi və turbonasoslarda turbin yağı aşağıdakı standartlara cavab verməlidir: turşu ədədinin miqdarı 0,3 mq-dan çox olmayan KOH/q; su, görünən çöküntü və mexaniki çirklərin olmaması; həll olunan çöküntünün olmaması; oksidləşmədən sonra ГОСТ 981-75:əsasən yağın göstəriciləri; turşu ədədi 0,8 mq KOH/q-dən çox olmamalı; çöküntünün kütlə miqdrı 0,15%-dən çox olmamalı. Bununla yanaşı, buxar turbinlərində istifadə olunan Тп-22С и Тп-22Бс turbin yağları texniki iş şərtlərinə (РД 34.43.102-96 РАО "ЕЭС России")əsasən turşu ədədi 0,15 mg KOH/g-dan çox olarsa, həll olunmayan çirklər və oksidləşmədən sonra turşu ədədinin 0,6 mq KOH/g-dan çox və çöküntünün miqdarı 0,15% -dən çox olduqda yağ dəyişilməlidir. Stabillik ГОСТ 981-75-ə uyğun olaraq 1200C temperaturda, 14 saatlıq bir müddətdə, 200 ml/dəq oksigen istehlakı ilə müəyyən edilir.Turşu ədədi 0.1-0.15 mq KOH/g olan istismar yağları, tərkibində həll olunan çirklərin əmələ gəlməsi , oksidləşmədən sonra turşu ədədinin 0.2 mg KOH/g-dan çox və oksidləşmədən sonra yağda çöküntünün əmələ gəlməsi təlimat şərtlərinə uyğun, oksidləşməyə qarşı aşqarı əlavə etməklə yağın ömrünün uzadılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Həmçinin istismar təlimatına əsasən yağın paslanmaya qarşı xassələrinə yağ bakında yerləşən buxar turbinlərinin korroziya indikatorları ilə nəzarət olunur. Yağ korroziyaya uğradıqda paslanmaya qarşı aşqarın əlavə ediməsi məsləhət olunur. Hidroturbinlərdə istifadı olunan Тп-30 yağı bu normalara uyğun olmalıdır: turşu ədədi 0,6mq КОН/q-dan çox olmamalı; su, görünən çöküntü və mexaniki çirklər olmamalı; həll olunan çöküntü 0,1%-dən çox olmamalı. Тп-30 yağının istismarı zamanı turşu ədədinin 0,1 mq КОН/ q-dan aşağı düşüb sonradan artması ilə əlaqədar vaxtında tədbirlər görərək ya oksidləşməyə qarşı aşqar əlavə etməli ya da çöküntünü yağın tərkibindən ayırmaq lazımdır.Yağın stabilliyini bərpa etmək mümkün olmadıqda, maksimum keyfiyyət göstəricilərinə çatdırmaq üçün onu dəyişdirmək lazımdır.
Тп-22С (ТУ 38.101821-83) yağı kükürdlü parafinli neftin tərkibindən seçici həlledicilərlə təmizlənməsindən alınır. Oksidləşmə, korroziya və deemulsiya xassələrini yaxşılaşdırmaq üçün aşqarlar əlavə edilir. Əgər yağın özlülüyü yeyilməyə qarşı xassələri təmin edərsə onda, bu yağı yüksək dövriyyəli buxar turbinləri, mərkəzləşdirilmiş və turba kompressorlarda istifadəsi tövsiyə olunur və ən çox yayılmış turbin yağı hesab olunur. Тп-22Б (ТУ 38.401-58-48-92) yağı parafinli neftin tərkibindən seçici həlledicilərlə təmizlənməsindən alınır. Tərkibində oksidləşmə, korroziya və deemulsiya xassələrini yaxşılaşdıran aşqarlar vardır. Тп-22С yağı ilə müqayisədə daha yüksək oksidləşməyə qarşı xassələrə malik olub, daha uzun xidmət müddətli olub, avadanlıqlarda işləyərkən çöküntülərin formalaşmasına daha az meyllidir və yerli turbin yağlarından fərqli olaraq iri ammonyak istehsalının turbokompressorlarında istifadəsində heç bir əvəzi yoxdur. Тп-30 и Тп-46 (ГОСТ 9972-74) yağı parafinli neftin tərkibindən seçici həlledicilərlə təmizlənməsindən alınır. Tərkibində oksidləşmə, korroziya və başqa xassələrini yaxşılaşdıran aşqarlar vardır. Тп-30 yağı hidravlik turbinlər, bəzi mərkəzləşdirilmiş və turba kompressorlarda istifadə edilir. Тп-46 yağı gəmi buxar qurğularında, ağır yüklənmiş reduktorlarda və köməkçi mexanizmlərdə istifadə olunur. Т22 , Т30 , Т46 , Т57 (ГОСТ 32-74) yağları yüksək səviyyəli, aşağı kükürdlü parafinsiz Bakı neftinin tərkibindən turşu ilə təmizlənilməsindən emal olunur. Yağların lazımi istismar xassələri xammalın seçilməsi və optimal təmizlənmə dərinliyi ilə əldə edilir. Özlülük və istifadə sahələrinə görə fərqlidirlər. Bu yağlarda aşqarlar yoxdur. Rusiya bazarına çox məhdud miqdarda daxil olurlar. Т22 yağı , Тп-22С və Тп-22Б yağları ilə eyni sahələrdə tətbiq edilir. T 30 yağı, yüksək sürətli yüklü dişli reduktorlarla şləyən hidravlik turbinlər, aşağı dövriyyəli buxar turbinləri, turba və mərkəzləşdirilmiş kompressorlarda istifadəsi üçün nəzərdə tutuimüşdür. T 46 yağı gəmi buxar turbin qurğularında (turba-redüktör) və digər yardımçı gəmi mexanizmlərində istifadə olunur.
Gəmiqayırma qaz turbinləri üçün yağ (ГОСТ 10289-79) transformator yağına siyrilmə və oksidləşməyə qarşı aşqarların əlavə edilməsi ilə hazırlanır. Gəmi qaz turbinlərinin reduktor və rulmanların yağlama və soyudulması üçün nəzərdə tutulmuşdur.
Fiziki üsullarla yağın təmizlənməsində koks və qətranlı kimi, bərk hissəcikli maddələr kənarlaşdırılır, aşağı temperaturda qaynayan maddələr buxarlandırılır.Yağların təmizlənməsində su ilə yuma, buxarlanma, süzmək, vakuumda distillə və güc sahəsində qravitasiya, mərkəzdənqaçma (sentrafüqa ilə) və daha az elektrik, maqnit, vibrasiya qüvvələrindən istifadə olunur. İşlənmiş yağların oksidləşmə məhsulları, su və aşağı temperaturda qaynayan karbohidrogenlərdən təmizlənməsi üçün, fiziki üsullar kimi müxtəlif kütləvi və istilik ötürmə proseslərindən istifadə olunur. Çökdürmə yağların təmizlənməsinin ən sadə üsulu olub qravitasiya qüvvələri altında mexniki hissəciklərin və suyun təbii üsulla çökdürülməsinə əsaslanır. Dərəcəsindən asılı olaraq çiklənən yanacaq və ya yağin təmizlənməsinə ayrılmış vaxtdan asılı olaraq, təmizlənmə, ya müstəqil çökdürmə üsulu ya da mərkəzdənqaçma (sentrafüqa ilə) təmizləmə metodu ilə aparılır. Bu metodun çatışmayan cəhəti hissəciklərin çökdürülməsi üçün çökmə prosesinin uzun müddətli olması və ölçüsü yalnız 50-100mm olan ən böyük hissəciklərin çıxarılmasıdır. Filtrləmə yağların tərkibindən mexaniki hissəciklərin və qətranlı maddələrin məsaməli tərkibli süzkəc kağızından keçirilməsi yolu ilə çıxarılma prosesidir. Filtrasiya materialları kimi metal və plastik şəbəkələr, keçe, parçalar, kağız, keramika və kompozit materiallardan istifadə olunur. Yol tikinti maşınlarının (YTM) istismarının texniki servislərində motor yağının keyfiyyətli təmizlənməsi üçün aşağıdakı metod tətbiq edilmişdir – kobud filtrlərin sayı artırılmış və ikinci mərhələdə incə təmizləyici.üsuldan istifadə edilmişdir. Mərkəzdənqaçma təmizləmə metodu ilə yağın mexanik çirklər və sudan təmizlənməsi ən təsirli və yüksək effektiv metod olan sentrafüqa vasitəsilə həyata keçirilir. Bu təmizləmə üsulu, heterojen qarışıqların fərqli fraksiyalarının mərkəzdənqaçma qüvvəsinin təsiri altında ayrılmasına əsaslanır. Sentrifuqaların istifadəsi yağların mexaniki qarışıqlardan 0,005% -ə qədər təmizlənməsini təmin edir və ГОСТ 17216-71-ə əsasən kütlənin 0.6% suyunun azalmasına və uyğun olaraq 13-cü saflıq sinifinə səbəb olur. Fiziki-kimyəvi üsullarla yağın təmizlənməsi geniş tətbiq olunur ; bunlara yağda olan çirklərin laxtalanma, adsorbsiya və selektiv həll edilməsi və adsorbsiya təmizlənməsinin bir növü olan ion mübadiləsi daxildir.
Elektroizolyasiya yağları – elektrik avadanlığının (transformator, kondensator, kabel və s.) cərəyan keçirən hissələrinin izolyasiya olunması üçün istifadə olunur. Bu qrup yağlara transformator, kondesator, kabel və s. yağları aiddir.
Transformator yağları – güc və ölçmə transformatorlarında, reaktor avadanlığında və s. istifadə olunur. Beynəlxalq elektrotexniki komissiya tərəfindən qəbul edilən standarta görə transformator yağları 3 sinfə bölünür:
Rusiyada bir neçə növ transformator yağı istehsal edilir. Bunlardan - istifadə edilən xammal və alınma üsulu ilə fərqlənən- ГK, ВГ, АГК, МВТ və s. markalı yağlardır. Xarici şirkətlər müxtlif markalı transformator yağları istehsal edir. Məsələn, BP şirkəti – Energol markalı, Shell şirkəti – Diala BX və DX markalı transformator yağları istehsal edir.
Kondensator yağları – elektro- və radio texnikada istifadə edilən kağız-yağ kondensatorların izolyasiyası üçün istifadə edilir. Bu yağların yaxşı dielekrik xassələrə malik olmaqları olduqca əhəmiyyətlidir.
Kompressor yağları (KM-22 və MNK-4B)- yağla doldurulmuş kabellərdə hopdurucu və isolyasiya mühiti kimi istifadə olunur. Kompressor yağları - tətbiq sahəsindən asılı olaraq kompressor yağları aşağıdakı siniflərə bölünür:
Kabel yağları yağla doldurulmuş kabellərdə hopdurulma və izolyasiya mühiti yaradırlar. Onlar yüksək dielektrik xassəsinə – dielektrik itkisinin aşağı tangens bucağına, qazın ionlaşmış elektrik sahəsinin təsirinə yüksək davamlılığa (qazadavamlılıq), uzun müddət qızdırdıqda elektrik xassələrinin stabilliyinə malik olmalıdırlar.