"Enerjinin maksimallaşdırılması qanunu" – belə ki, rəqabətə dözümlü sistemlər kimi başa düşülür.
Bu qanun Q. və Y. Odumlar və M. Reymers tərəfindən şərh edilmişdir. Belə ki, digər sistemlərlə rəqabətdə enerji və məlumatların daxil olmasına kömək edən və onların maksimal miqdarından daha effektiv istifadə bacarığına malik olan sistemlər yaşayıb qala bilir. Bunun üçün belə sistemin daha çox hissəsi yüksək keyfiyyətli enerji toplayıcıları (anbarları) əmələ gətirir ki, onun da bir hissəsini yeni enerjilərin daxil olmasının təmin olunmasına sərf edir, maddələrin normal dövretməsini təmin edir və sistemin tənzimetmə, saxlama, möhkəmlik, digər sistemlərlə mübadilə və dəyişilmələrə qarşı uyğunlaşma mexanizmini yaradır. Maksimallaşma—bu yaşama şansının artması deməkdir.[1]