Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq, fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir.[1] Cisimlər maddədən əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranıb. Onları ancaq xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardıb.
Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur.
Maddələr tərkibi, quruluşu və xassələrinə görə bir-birindən fərqlənirlər. Müxtəlif maddələri fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə maddələrin xassəsi deyilir.
Maddələr iki cəhətdən xarakterizə olunur — fiziki və kimyəvi. Maddənin aqreqat halı, rəngi, iyi, dadı, sıxlığı, istiliyi və elektriki keçirmə qabiliyyəti, ərimə və qaynama temperaturu və s. onun fiziki xassələrini, maddənin çevrilməsi, yaxud başqa maddələrlə reaksiyaya daxil olması isə kimyəvi xassələrini müəyyən edir.
Maddələr bir çox özəlliklərinə görə bölüşdürülür.
Məsələn:
1. Aqreqat halına görə - Maddələrin 4 aqreqat halı var: qatı(bərk), suyuq(maye), buğ(qaz), plazma.
a) Qatı maddələri oluşduran molekullar çox sıx yerləşdiyi üçün qatı halda olan maddələrin biçimləri də, tutumları da dəyişməzdir. Qızıl, gümüş, dəmir, alüminium, nikel, almaz, qalay, mis və s qatı maddələrdir.
b) Suyuqları əmələ gətirən molekullar isə dağınıq yerləşirlər. Ona görə də suyuqlar yerləşdikləri yerin formasını alırlar. Ancaq onların tutumu dəyişməzdir. Su, brom, aseton, civə, sirkə, spirt və s. suyuqlara örnəkdir.
c) Buğları əmələ gətirən molekulların arasındakı aralıqlar özlərindən qat-qat böyükdür. Onlar düzənsiz tərpənirlər. Hidrogen, oksigen, helium,azot, ozon, karbon və s. buğ halında olan maddələrdir.
2. Arı (saf) maddələr və qarışıqlar - Maddələr içindəkilərə görə 2 yerə bölünürlər:
Su, neft, spirt, qum, hava, mərmər, təbaşir, tunc, bürünc və s. qarışıqlardır.
3. Bəsit və mürəkkəb maddələr.
Mürəkkəb maddələrə başqa sözlə kimyəvi birləşmələr də deyilir.
Maddənin 4 aqreqat halı var: qatı (bərk), suyuq (maye), buğ (qaz) və plazma. Bütün maddələrdə molekullar var. Molekullar atomların birləşməsindən yaranıblar. Atom və molekullar daim hərəkət edirlər və molekullar arasında itələmə, cəzbetmə qüvvələrinin qarşılıqlı təsirləri mövcuddur.