Enes İbrahim

Enes İbrahim — Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi.[1]

Enes İbrahim
Doğum tarixi (40 yaş)
Doğum yeri Skopye, Makedoniya
Vətəndaşlığı Şimali Makedoniya Şimali Makedoniya
Milliyyəti Türk
Fəaliyyəti siyasətçi

Enes İbrahim 1984-cü ilin 8 avqust tarixində Makedoniyanın paytaxtı Skopye şəhərində türk ailəsində anadan olmuşdur. İlk təhsilini Təfəyyüz məktəbində aldıqdan sonra Yəhya Kamal Kollecində təhsil almışdır.[1]

Ali təhsil almaq üçün Skopye şəhərində yerləşən Skopye Kiril və Metodiy Universitetinin filologiya faklütəsinə daxil olmuşdur. Tələbə olduğu müddətdə sosial aktivliyi ilə seçilən Enes İbrahim Makedoniyada yaşayan türk icmasının problem və çətinliklərini ölkə gündəminə gətirməyə çalışırdı.[1]

Fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə ölkənin ictimai çevrəsi ilə birlikdə Üfüq təşkilatını yaratmış, 2012-ci ildə həmin təşkilatın sədri seçilmişdir. Eyni zamanda təşkilatın rəsmi mətbu orqanı olan Üfüq jurnalının təşkilatda rəhbər olduğu müddət ərzində baş redaktoru kimi çalışmışdır.[2]

İctimai fəaliyyətində əsasən Makedoniya yaşayan etnik azlıqların problemlərini qabardan Enes İbrahim mövzu ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində onlarca tədbir, konfrans və platformalar təşkil etmişdir. 2012-ci ildə Türk Hərəkatı Partiyasına qoşulmuşdur və 2013-cü ildə partiyanın keçirdiyi daxili qurultayda baş katibi,2018-ci ildə səs çoxluğu ilə partiyanın sədri seçilmişdir.[2]

2014-cü ildə Makedoniyada keçirilən erkən parlament seçkilərində iştirak edərək qalib gəlmişdir. Enes İbrahim müxalif cəbhədən təmsil olunur və Makedoniya parlamentinin tək türkmüsəlman millət vəkilidir.[2]

Enes İbrahim "Ufuq" Dərnəyinə rəhbərlik etdiyi zamanlar Makedoniyada Dağlıq Qarabağ münaqişəsinin Makedoniya cəmiyyətinə çatdırılmasında böyük fəallıq göstərib. Bu gündə Azərbaycanla bağlı fəaliyyətini davam etdirir. 2016-cı ilin sentyabr ayında Azərbaycanlı jurnalist Elnur Eltürklə Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti adlı diaspor təşkilatı yaradıblar.[2]

  1. 1 2 3 "ENES IBRAHIM". Sobranie.mk. 19 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2018.
  2. 1 2 3 4 ""Parad Azərbaycan torpaqlarını işğal edən Ermənistana mesajdır" – Enes İbrahim". Publika.az. 17 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]