Enes Batur: Xəyalmı Gerçəkmi? (film, 2018)

Enes Batur: xəyalmı gerçəkmi? — Rejissor Kamil Çətinin, Enes Batur, Ənvər Sülük və Büşra Nur Qaraxanın ssenarisi əsasında 2018-ci ildə ekranlaşdırdığı komediya filmi.[1] Film 11 həftə kinoteatrlarda nümayişdə olmuş, 1,4 milyon nəfər tərəfindən izlənilmiş və bu müddət ərzində 17 milyon Türk lirəsi əldə etmişdir.[2] Film bir uşağın özünü inkişaf etdirərək dünya ulduzu olmasından bəhs edir. Bu inkişafda onun xarakter dəyişiklikləri, etdiyi seçimlər və psixologiyası əsas yer tutur. Saf xarakter dünya ulduzu olduqdan sonra bu yaxşı xüsusiyyətlərini itirir.[1]

Enes Batur: xəyalmı gerçəkmi?
türk. Enes Batur: Hayal mi Gerçek mi?
Janr komediya
Rejissor Kamil Çətin
Prodüser Ərdəm Qaraxan
Əsərin müəllifləri Enes Batur[1]
Ənvər Sülük
Büşra Nur Qaraxan
Ssenari müəllifləri Enes Batur[1]
Ənvər Sülük
Büşra Nur Qaraxan
Baş rollarda Enes Batur
Uras Bənlioğlu
Baturay Anar
Başaq Qaraxan
Ceyda Düvənçi
Bəkir Ağsoy
Kərəm Fırtına
Operatorlar Əli Əkiçi
Qədir Qaya[1]
Rəssam Cenk Erol[1]
İstehsalçılar The Moments Entertainment
Eren Film
Pan Nakliyat[1]
İlk baxış tarixi 19 yanvar 2018
Filmin növü tammetrajlı bədii film
Müddət 110 dəqiqə
Gəlir 17.439.037,95 TL.[1]
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Dil Türk dili
İl 2018
Sonrakı film Enes Batur: Real Qəhrəman
Rəng rəngli
IMDb ID7668842

Məzmun[redaktə | mənbəni redaktə et]

Personajın adı Enes Baturdur. Enesin atası polis, anası tibb bacısı olduğundan o, davamlı tənha qalır. Ailəsi tərəfindən sevgi görmədiyindən özünə qapalı uşaqdır. Atası o, altı yaşında olarkən ona kompüter alır və filmin əsas hissəsi buradan başlayır. Məktəb illərində digər uşaqlarla müqayisədə daha çox sızanağı vardır və uşaqlar onu sevmir. Bu vəziyyətdə o uşaqlıqdan xəyal qurmuşdur. O hər kəs tərəfindən sevilən insan olmaq istəmişdir[1].

Atası bu işin ona keçici olduğunu deyər və onu universitet imtahanlarına hazırlaşdırır. Ətrafında olan hər kəs ona universitetə qəbul olmağın daha uğurlu olacağını deyər. Enesin böyük seçim etməsi vacibdir. Ya xəyallarına qoşulub Youtuber olacaq ya da universitet imtahanlarına hazırlaşacaq...

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Kamil Çətin
Ssenarist: Enes Batur, Ənvər Sülük, Büşra Nur Qaraxan
Operator: Əli Əkiçi, Qədir Qaya
Prodüser: Ərdəm Qaraxan
Rəssam: Cenk Erol

Rollarda[redaktə | mənbəni redaktə et]

Enes Batur
Uras Bənlioğlu
Baturay Anar
Başaq Qaraxan
Ceyda Düvənçi
Bəkir Ağsoy
Kərəm Fırtına
Reynmen (Yusuf Aktaş)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 "Enes Batur Hayal mi Gerçek mi?" (türk.)). sinematurk.com. 2018-01-19. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.
  2. "Enes Batur Hayal mi Gerçek mi?" (türk.)). boxofficiturkiye.com. 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Enes Batur: xəyalmı gerçəkmi?IMDb səhifəsi