Enlidimdik balina quşu[3] (lat. Pachyptila vittata) — Fırtınaquşular fəsiləsinə aid dəniz quşu.
Enlidimdik balinaquşu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Enlidimdik balinaquşu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bədəninin uzunluğu 29 sm, çəkisi 150–225 q arasında dəyişir. Qanadlarının uzunluğu 18,1–22,5 sm, onlar arasında məsafə isə 57–66 sm[4]-dir.
Quşlar əsasən boz rəngdə olur. Qanadlarında M şəkilli tünd ləkə vardır. Bədənin aşağı hissəsi qəhvəyi-ağ rəngə malikdir. Dimdiyi olduğuqa enlidir. Onun quruluşu planktonların asan şəkildə ovlanmasına hesablanmış kimidir. Quş ayaqları ilə suya toxunduqları anda həm də dimdikləri sudan qidanı götürürlər. Balinaquşlarının digır növlərinə nisbətdə uçuşları itidir.
Yuvalar əsasə etibarı ilə subantarktik adalarda qurulur. Onların yuva qurduğu ərazilərə Fovo boğazı sahillərində, Stüart, Sners və Çatem adalarında qurulur. Çoxalma dönəmi istisna olaraq onlara cənub yarımkürəsinin 30° enliyinə qədər ki ərazilərdə belə görmək olur.
Quşlar açıq dənizdə əssən dəstələr halında yaşayır. Yay yarım illiyində əsasən xərçəngkimilərlə, qış yarımilliyində isə başıayaqlılarla qidalanırlar.
Onlar əsasən iri qayalıqların daxilində olan oyuqlarda yuva qururlar. Bu dəliklərin uzununluğu 1,2 metrdir. Çoxalma dövrü avqustdan sentyabra qədər uzanır. Dişilər ağ rəngli bir yumurta qoyurlar. İnkubasiya 50 gün davam edir. Hər iki valideyn balanın bəslənməsində iştirak edir. Onlar ancaq ildə bir dəfə yumurta qoyur.
Təbii düşmənləri Gallirallus australis, pişik və sıçovullardır. Tristan-da-Kunya adalarında yırtıcılar onların sayına böyük təsir göstərmişlər. Ancaq Qof adasında yırtıcıların olmaması səbəbindən sayları olduqca çoxdur[4].