Çatem (ing. Chatham Islands, mao. Wharekauri) — arxipelaq Yeni Zelandiyadan təqribən 680 km. qərbdə yerləşir.
Çatem | |
---|---|
ing. Chatham Islands | |
Ümumi məlumatlar | |
Adaların sayı | 10 |
Ən böyük adası | Çatem (ada) |
Ümumi sahəsi | 966 km² |
Hündür nöqtəsi | 116 m |
Əhalisi | 609 nəfər (2006-cı il) |
Yerləşməsi | |
43°53′55″ c. e. 176°31′40″ q. u.HGYO | |
Ölkə | Yeni Zelandiya |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adalarda 45 dəqiqədə xüsusi saat qurşağı istifadə edilir.
1832-ci ildən arxipelaq Yeni Zelandiyanın ərazisi elan edilmişdir. Arxipelaq xüsusi orqan olan ing. Area Outside Territorial Authority birbaşa idarəsindədir və xüsusi ərazi vahidi statusuna malikdir.
Arxipelaqın tərkibinə 10 ada daxildir. Onlardan yalnız ikisi daha böyükdür: Çatem (43°53′ c. e. 176°31′ q. u.) və Pit (44°18′ c. e. 176°13′ q. u.).
Yalnız bu iki adada yaşayış vardır. Arxipelaqın ümumi sahəsi — 966 km²-dir.
Əsas adalarının adları, işğal ardıcıllığı üzrə:
İngiliscə adı | Morioricə adı | Maoricə adı | Azərbacanca |
---|---|---|---|
Chatham Island | Rekohu | Wharekauri | Çatem adası |
Pitt Island | Rangiaotea | Rangiauria | Pit adası |
South East Island | Rangatira | Rangatira | Cənub Şərq adası |
The Fort | naməlum | Mangere Island | Fort adası |
Little Mangere Island | naməlum | Tapuenuku | Kiçik Magere adası |
Star Keys/Motuhope | Motuhope | Motuhope | Star Keys |
The Sisters/Rangitatahi | Rangitatahi | Rangitatahi | Sisters |
Forty-Fours/Motuhara | Motchuhar | Motuhara | Foti-Fous |
Arxipelaqın iqlimi quru və küləklidir. Qışda orta temperatur təxminən 6 °S təşkil edir, yayda isə — təqribən 14°S təşkil edir. Yağıntının illik miqdarı 900 mm olur. Səfər üçün ən yaxşı vaxt — sentyabrdan martadəkdir.
Hesab edilir ki, adalar bizim eramızın 1000-ci ilində məskunlaşıb.
Adanın əhalisi 609 nəfərdən çoxdur,[1] (2006-cı il), onlardan 240-ı avropalıların nəslindəndir, 369-u — Maorilər və Moirorilərdən (arxipelaqın yerli sakinləri) ibarətdirlər.
Arxipelaqın inzibati mərkəzi — Uaitanqi qəsəbəsidir. Burada təqribi olaraq 200 insan yaşayır.