Philadelphus pubescens (lat. Philadelphus pubescens) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.
{{{latin}}} | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Philadelphus pubescens |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Şimali Amerika-Tennessidən başlayaraq Alabama və Arkanzasa qədər yayılmışdır. Qərbi Sibirdə, Orta Asiyada mədəni halda geniş becərilir.
Hündürlüyü 3 m olan koldur. Gövdəsinin qabığı möhkəm, zəif çatlayan, lakin soyulmayan və ya zəif soyulan, açıq boz rəngdir. Çiçəkləyən zoğlarının yarpaqları yumurtavari, ellips və ya yumurtavari-neştər formasında olub, uzunluğu 4-10 sm, eni 3-4 sm-dir. Uc tərəfdən sivri və ya iti, qaidəsi dairəvi və pazvaridir. Yarpaqların kənarları seyrəkdişli və ya tamkənarlı, üst tərəfdən tünd yaşıl və çılpaq, alt tərəfdən isə sarımtıl tükcüklərlə örtülmüşdür. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri qoxusuz və ya bir az qoxulu olub, yarpaqlaşmış zoğlar üzərində, 5-10 ədədi bir yerdə olmaqla sıx salxımcıqlarda yerləşir. Çiçək saplağı və kasayarpaqları yumurtavari, tüklüdür. Meyvəsi iyul ayının axırında yetişir. 1800-ci ildə introduksiya edilmişdir.
Şaxtaya davamlıdır. Qidalı torpağa tələbkardır. Rütubəti çox sevmir. Bitkidə hər il budanma aparılmalıdır, bu isə birillik zoğların normal böyüməsinə və bol çiçəkləməsinə səbəb olur.
Talış zonasında park və bağlarda rast gəlinir.
Bəzək bağçılığında bu növdən geniş istifadə edilir. Bu cür kollarda cavanlaşdırıcı budanma etmək olar.