Ensizyarpaq xamerion

<td_align="right"_width="40%">Cins:<td_align="left">Xamerion&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Xamerion}}, taksonun sistematikasını təsvir etməlidir [[]].
:
† 
(Xamerion]])[1]
???:
Ensizyarpaq xamerion

Ensizyarpaq xamerion (lat. Chamerion angustifolium)[2] - xamerion cinsinə aid bitki növü.[3]

Ensizyarpaq xamerion
Maitohorsma (Epilobium angustifolium).JPG
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{
Cins:Xamerion
Cins:Xamerion
Cins:Xamerion
Cins:Xamerion
Cins:Xamerion
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, yoğun, sürünən kökümsovlu bitkidir. Gövdəsi düz, sadə və ya budaqlı, nazik tüklənmiş, aşağısı çılpaq, hündürlüyü 1 m çatır. Yarpaqlarının uzunluğu 4-12 (18) sm, eni 8-20 (30) mm, əsasən ardıcıl düzülmüş, oturaq və ya qısa saplaqlı, uzunsov və ya xəttvari-lansetvari, ucubiz, çılpaq, qıraqları demək olar bütöv və ya xırda vəzili, yaxud vəzivari diş-dişli, üstü tünd yaşıl, parlaq, altı qonurtəhər rəngdədir. Çiçəkləri xırda, uzunsov çicəkaltlıqların qoltuğunda yerləşir və yığılaraq kövrək salxım əmələ gətirirlər. Kasacığının uzunluğu 9-12 mm, lansetvari, xırda tükcüklü dilimlidir. Ləçəklərinin uzunluğu 10-15 mm, eni 5-8 mm, tərsyumurtavari, bənövşəyi, bəzən açıq çəhrayı və ya ağ rəngdədir. Qutucuğu 5-8 sm uzunluğunda, meyvəsaplağı ilə birlikdə xırda tüklüdür. Toxumları 1,5 mm qədər, uzunsov-oval, çılpaq, açıq mixəyidir.[4]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından subalp qurşağına kimi yayılmışdır. Meşədə, çınqıllı yerlərdə və çəmənlərdə bitir.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cins:Xamerion
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  4. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  5. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.